6 mindən çox əlil bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib
Tarix: 25.05.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq, cari ilin yanvar-aprel aylarında 6 314 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.
Həmin insanlardan 2 612 nəfər şəxsə nazirliyin Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə xidmətləri göstərilib. Müasir tibbi-fizioterapevtik aparatlardan istifadə edilməklə və səmərəli reabilitasiya üsulları vasitəsilə onların tibbi, sosial və peşə reabilitasiyası, sosial statuslarının bərpası yönündə kompleks işlər aparılıb.
Qalan 3 702 nəfər əlilliyi olan şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ümumilikdə 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 358 aşağı və yuxarı ətraf protezi, 3096 müxtəlif reabilitasiya vasitəsi, 526 yuxarı və aşağı ətraf ortezi, 812 cüt protez ayaqqabı, 1473 cüt ortopedik ayaqqabı, 375 cüt dirsəkaltı ağac, 708 ədəd əsa və s.) verilib.
Ölkəmizdə bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar olaraq, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensiallarının reallaşdırılması üçün yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Həmçinin bu müəssisələrin ən müasir tibbi və fizioterapevtik avadanlıqlarla təminatı həyata keçirilib. Hazırda nazirliyin digər bir sıra reabilitasiya müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info