PA əməkdaşı: “Qürur hissi ilə deməliyik ki, süquta uğradılan dövlətimizi yenidən müstəqilliyinə qovuşdurduq”
Tarix: 25.05.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının qürurverici olduğunu deyib. O bildirib ki, hazırda Azərbaycan hökuməti cümhuriyyəti yaradanların xatirəsini hörmətlə anır və böyük dəyər verir: "Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Prezident İlham Əliyev may ayının 16-da sərəncam imzalayıb. Bu sərəncam ölkə rəhbərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənələrinə, xüsusilə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur”.
 Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova cümhuriyyətin tarixi haqqında danışıb. O bildirib ki, dövrün ağır olmasına, 23 ay yaşamasına baxmayaraq, cümhuriyyət sosial, siyasi və iqtisadi sahədə böyük işlər görüb: "Cümhuriyyətin yaranma ərəfəsinə baxsaq, görərik ki, o dövrdə Azərbaycan ziyalıları artıq respublika quruluşlu cəmiyyət arzu edirdilər. Ümumrusiya müsəlmanlarının qurultayında Azərbaycanın məhəlli muxtariyyəti barədə qərar qəbul edildi. Bu, çox önəmli hadisə idi".
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev deyib ki, XX əsrin əvvəllərində nəinki Azərbaycan dövlətini qurmaq, hətta azərbaycançılıq ideyasını yaymaq belə çox ağır idi: "Çünki düşmənlərimiz çox idi. Ancaq buna baxmayaraq, bizim mərd, qəhrəman ziyalılarımız Azərbaycan dövlətini quraraq onun müstəqilliyinin dünya səviyyəsində tanınması üçün böyük işlər gördülər. Biz qürur hissi ilə deməliyik ki, süquta uğradılan dövlətimizi yenidən müstəqilliyinə qovuşdurduq. Bu gün dövlətimiz bütün sahələrdə inkişaf edir. Hazırda bizim əsas məqsədimiz düşmən tapdağı altında olan torpaqlarımızı azad etməkdir və inanıram ki, biz buna qadir olacağıq".
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov isə çıxışında qeyd edib ki, Azərbaycan 99 ildə iki dəfə dövlət qurub və bu, böyük uğurdur. O deyib ki, XX əsrin əvvəllərində nəşr olunan dövri mətbu orqanlar, maarifçilik ideyaları Azərbaycanın müstəqil dövlət olmasına təkan verib: “O zaman dərhal erməni təcavüzü başladı. Çünki Azərbaycan xalqı oyanış mərhələsində idi. Ancaq xalqımızın ziyalıları - Məhəmməd Əmin Rəsulzadə və digərlərinin səyi nəticəsində Azərbaycan öz cümhuriyyətini qazandı. Sovet işğalı nəticəsində dövlət süquta uğrasa da, 1991-ci ildə yenidən müstəqillik əldə etdik”.
Tədbir çıxışlarla davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info