“Fransız cəmiyyəti vətəndaş müharibəsi ərəfəsindədir?”
Tarix: 24.04.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Fransanın “Atlantico” nəşri son zamanlar Fransadakı vəziyyətlə bağlı tanınmış ictimai nümayəndələrlə apardığı söhbəti dərc edib. Qəzetin kəskin qalmaqallar, eyni cinsdən olanların nikahı ətrafında müzakirələr, sərt iqtisadi siyasətlə bağlı narazılıqlar barədə suallarını CSA ictimai rəyin öyrənilməsi şöbəsinin rəhbəri, politologiya və tarix elmləri üzrə mütəxəssis, Paris Siyasi Tədqiqatlar İnstitutunun müəllimi Jerom Sent-Mari, filosof və yazıçı Tibo Kollen, fəlsəfə doktoru Erik Deşavann cavablandırıblar.
- Bütün Fransada iqtisadi və sosial böhran fonunda ictimai parçalanma daha da güclənir. Bu vəziyyətin hansı əlamətləri özünü göstərir?
- Jerom Sent-Mari: “Düşünmürəm ki, hazırda keçmişdə olduğu kimi hər hansı bir ictimai parçalanma haqqında dəqiq nəsə demək mümkün olsun. 1990-cı illərin əvvəllərində olduğu kimi ciddi parçalanma müşahidə olunmur. Bu gün istisnasız hamı iqtisadi böhranı hiss edir ki, bunun da əlamətləri özünü iki sahədə daha çox göstərir: işsizliyin artması və hökumətdən narazılıq”.
- Tibo Kollen: “Hazırkı dünya ədalətə əsaslanır. Lakin narazılıq və yarımçıq tədbirlər vasitəsilə bu sahədə konsensus mümkün deyil. Cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərdə ədaləti qurmaq lazımdır. Hazırkı hökumətin siyasətinin çatışmayan cəhəti isə insan həyatının əsas məqamlarına diqqət yetirməməsidir. Cəmiyyət öz üzərində dövlətin təzyiqini hiss etdikcə narazılığın artması da normaldır”.
- Erik Deşavann: “Fransız cəmiyyətində müxtəlif sahələrdə qırılmalar mövcuddur. Ölkədə güclü ideoloji parçalanma yoxdur. Hərçənd ki eyni cinsdən olanların nikahı barədə fikirlərdə münaqişələr var, lakin bunlar da tezliklə unudulacaq. Siyasətdə isə sağ və sol qüvvələr arasındakı nifaq süni şəkildə dəstəklənir. Ollandın apardığı siyasət Merkel və Sarkozi arasındakı razılaşmaya söykənir. İnsanlar hazırda keçmiş prezidentin dövründən başlanmış sərt vergi siyasətindən narazıdırlar. Hazırda ən dərin çatlar elə iqtisadi və ictimai sferadadır”.
- Prezident Olland ölkəyə sülh və əmin-amanlıq gətirməli idi, ancaq ola bilərmi ki paradoksal olaraq sosial partlayış riskiylə mübarizə aparmaq lazım gəlsin?
Jerom Sent-Mari: “Mənə elə gəlir ki, hazırkı vəziyyət əvvəlki prezidentin dövrü ilə müqayisədə çox fərqlidir. Belə ki, Sarkozinin dövründə tez-tez professional və ictimai-siyasi assosiasiyalara hücumlar olur, tətillər keçirilirdi. Fikir versək görərik ki, prezidentin ozamankı ritorikası indi eşitdiyimizdən ciddi fərqlənir. Fransua Ollandın siyasəti bəzi insanlarda narahatlıq və məyusluq doğursa da, onun siyasətində fransız cəmiyyətinin hər hansı bir hissəsinin ünvanına açıq ittihamlar sezilmir. Prezident postuna seçiləndən sonra o, hətta iqtisadi sektorun tənqidini davam etdirmədi”.
Erik Deşavann: “Fransa “etibarsızlıq cəmiyyəti”dir: ictimai qrupların bir-birinə etibarsızlığı, xalqın elit təbəqəyə və elitanın xalqa inamsızlığı. Güzəşt mədəniyyətinin olmaması prezidentə dəqiq siyasi kursu qurmağa imkan vermir. Olland üçün əsas təhlükə isə seçkilərdə iflasdır”.
- Eyni cinsdən olanların nikahı məsələsi, görünür, qanun layihəsinin tərəfdarları və əleyhdarları arasında böyük gərginliyə səbəb olur. Ehtimal varmı ki, belə bir təşəbbüs zorakılığın artmasına gətirib çıxara bilər?
- Tibo Kolen: “Belə bir fərziyyə var ki, hökumət bu qanunun tərəfdarları və əleyhdarları arasındakı hərəkatı qızışdırmaq üçün qəsdən vəziyyəti gərginləşdirir: bununla o, göstərməyə çalışır ki, onun əleyhdarları təhlükəli ekstremistlərdir. Buna görə də bu tələyə düşməmək və aksiyalar zamanı zorakılıqlardan uzaq durmaq faydalı olardı”.
- Erik Deşavann: “Fransız cəmiyyətinin dünyəviləşməsi fonunda demokratik qüvvələrlə katolik kilsəsi arasında ideoloji parçalanma ən son münaqişələrdən biridir. Eynicinsli ailələrə uşaqların övladlığa verilməsi ətrafındakı mübahisələr isə sözsüz ki, gələcəkdə daha praqmatik və sakit məcrada davam edəcək”.
- Respublika elitası ilə xalq arasındakı dialoq getdikcə çətinləşir. Demokratiyamızda süstlük dövrümü başlayır? Bu nə ilə nəticələnə bilər?
- Tibo Kollen: “Bu gün söz öz mahiyyətini itirib. Buna görə də bir qədər sükut yenidən sözün təsir gücünü hiss etmək üçün bizə kömək ola bilər. Əsl demokratiya sözə olan hörmətli münasibətə söykənir. Manipulyasiya isə həqiqətə cəhd edən ağıl üzərində zorakılıqdır”.
- Erik Deşavann: “Son 40 ildə fransızların əksəriyyəti seçkilərdə müntəzəm olaraq hökumət əleyhinə səs verirlər. Çünki artıq onlarda hökumətə və gələcəyə inam yoxdur. Hökumət xalqı inandıra bilmir ki, artıq gələcək onun nəzarətindədir”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info