ADNSU-da 28 May-Respublika Günü qeyd edilib
Tarix: 25.05.2017 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.Universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov hər kəsi Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü deyən Q.Məmmədov Cümhuriyyət dövründə təhsilə böyük önəm verildiyini, ibtidai və orta məktəblərin, o cümlədən Azərbaycanda ilk ali məktəb olan Bakı Dövlət Universitetinin yaradıldığını, onlarla gəncin təhsil almaq üçün xaricə göndərildiyini qeyd edib.
İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edilməsi barədə sərəncamını xatırladıb. Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışan C.Mustafayev yüz ildən çox Rusiya imperiyasının əsarətində qalan ölkənin olduqca mürəkkəb tarixi şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini qeyd edib. Müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yarandığını diqqətə çatdıran C.Mustafayev demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan olunması, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkili Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirildiyini bildirib.
Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov Cümhuriyyət dövründə Azərbaycanda həyata keçirilən dil islahatlarından danışıb. 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edildiyini bildirən Ə.Abbasov parlamentdə dil məsələləri ilə bağlı bir sıra qərarların qəbul edildiyini diqqətə çatdırıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info