Fuad Muradov Moldova parlamentinin vitse-spikeri ilə görüşüb
Tarix: 25.05.2017 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Milli Məclisin İdman və gənclər komitəsinin sədri Fuad Muradov Moldova parlamentinin Mədəniyyət, təhsil, gənclər, idman və media komitəsinin sədri Vladimir Hotineanu və Moldova Milli Olimpiya Komitəsinin sədri, Moldova parlamentinin vitse-spikeri Nikolay Juravşi ilə görüşüb.
 
Görüşdə V. Hotineanu Azərbaycanla Moldova arasında bütün sahələrdə, o cümlədən idman sahəsində və parlamentlər arasında yüksək səviyyəli əlaqələrin olduğunu bildirib.
 
N. Juravşi isə Avropa oyunlarında Azərbaycanda səfərdə olduğunu və ölkəmizdəki inkişafla yaxından tanış olduğunu deyib. O iki ölkənin parlamentlərinin idman komitələri arasında əlaqələrin qurulmasının vacibliyini də qeyd edib.
 
Öz növbəsində deputat F. Muradov Azərbaycanda idman sahəsində aparılan islahatlar, ölkəmizin bu sahədəki təcrübəsindən danışıb.
 
Tərəflər müvafiq parlament komitələri arasında əlaqələrin qurulması üçün yaxın gələcəkdə Niyyət Protokolunu imzalamağı qərara alıb.
 
Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info