“Azərbaycan sivilizasiyalararası dialoqun bariz nümunəsidir”
Tarix: 24.04.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və hər iki xalq üçün mühüm strateji xarakter daşıyır və Azərbaycanın xarici işlər nazirinin səfəri bu münasibətlərin inkişafında yeni səhifə açdı. Bunu Azərbaycan-İsrail (AZİZ) Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut İsrailin 9-cu kanalında yayımlanan və israillilər arasında kifayət qədər məşhur olan “Kontakt” proqramında Azərbaycan və İsrailin strateji münasibətlərinin müasir mərhələsinə həsr olunmuş verilişdə deyib.
Ekspertin fikrincə, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail Azərbaycanın mühüm strateji tərəfdaşıdır, eləcə də bu ölkəyə neft-qaz, müdafiə, telekommunikasiya, kənd təsərrüfatı sahələrində mövcud olan ən qabaqcıl texnologiyaların tədarükçüsüdür. Mütəxəssisin bildirdiyinə görə, bu gün Azərbaycanın İsraildəki fəal diaspor təşkilatı olan İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) apardığı fəal işlərin nəticəsində Azərbaycanın İsraildəki rolu və bu ölkəyə təsiri əhəmiyyətli dərəcədə artıb. “Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. İsrail dövləti Azərbaycan rəhbərliyinin ölkədəki 20.000-lik yəhudi icmasına göstərilən səmimi və xoş münasibətdəki rolunu yüksək qiymətləndirir. Azərbaycanda antisemitizm yoxdur və heç vaxt da olmayıb və biz Azərbaycanda doğulub boya-başa çatan insanlar kimi, Azərbaycan diasporu kimi bu tolerantlıq faktoru ilə qürur duyuruq. Azərbaycan sivilizasiyalararası dialoqun əyani və bariz nümunəsidir.
İsrail Knessetində qondarma “erməni soyqırımı”nın tanınması perspektivləri məsələsinə toxunan AZİZ idarə heyətinin üzvü qeyd edib ki, erməni faciəsinə soyqırımı statusunun verilməsi İsrailin Türkiyə ilə olan-qalan münasibətlərinə ağır zərbə endirəcək və İsrailin Azərbaycanla münasibətlərinə xələl gətirəcək. Məlumdur ki, rəsmi Bakı Ankaradan heç də az sərt olmayan şəkildə Türkiyənin soyqırımı törədilməsində ittiham edilməsi cəhdlərini pisləyir: “Burada mən 1915-ci il hadisələrinin soyqırımı kimi tanınmasının əleyhinə çıxış edən İsrail Xarici İşlər Nazirliyinin və NDİ partiyasının rəhbəri Aviqdor Libermanın o mövqeyi ilə razılaşıram ki, bu məsələ ilə İsrail Knesseti və İsrailin milli maraqlarını düşünməyən, ancaq erməni lobbisinin istəkləri ilə oturub duran bəzi tanınmış İsrail siyasətçiləri yox, akademik araşdırmalar səviyyəsində məhz tarixçilər məşğul olmalıdırlar”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info