QHT Abşeronda qaçqın və məcburi köçgünlərlə birlikdə tədbir keçirib
Tarix: 25.05.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Abşeron rayonunda “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimai rolun artırılması” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. İctimai Birlikdən verilən məlumata görə, növbəti tədbir Abşeron rayonu Mədəniyyət Mərkəzində keçirilib. Tədbir Abşeron rayonu ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlərin iştirakı ilə keçirilib. Qarşılıqlı müzakirə şəkilində keçirilən tədbirdə Abşeron RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Vuqar Bəşirov , Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Rayon üzrə məsləhətçisi Vidadi İsayev, Laçın, Zəngilan, Kəlbəcər və başqa rayonların nümayəndələri iştirak edirdi. Əvvəlcə layihənin məqsədi haqqında İctimai Birliyin sədri Rahilə Mehdiyeva geniş məlumat verib. Sonra İH-nin nümayəndəsi Vüqar Bəşirov həm “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İB-nin həm də başqa QHT-lərin belə tədbirlərin rayonda keçirilməsini yüksək qiymətləndirək, bu cür lahiyələrin dəstəyinə görə QHT Şurasına minnətdarlığını bildirib. Görüşdə iştirak edən V.İsayev çıxış edərək bildirib ki, bu gün qaçın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması ölkə Prezidentinin həmişə diqqət mərkəzində olub. Bu günə qədər onların yaşayış səviyyələrinin yüksək olması üçün verilən qərar və qanunlara əsasən bütün tədbirlər həyata keçirilib və davam etdirilir. Yeni iş yerlərininaçılması, təhsil haqqlarından azad olunması ,onlara verilən güzəştlərdən söz açan natiq onu da bildirdi ki, Rayon İH başçısı İradə Gülməmmədova rayonda yaşayan bu kateqoriyandan olan insanlarla, həmçinin şəhid ailələri ilə tez-tez görüşlər keçirir, onlara diqqət və qayğı göstərir. Bizim ən böyük arzumuz öz doğma torpaqlarımızın azad edilməsidir. Biz də hər birimiz bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə silaha sarılaraq rayonlarımızı işğaldan azad etməyə canımızla,qanımızla hazırıq. Tədbirdə iştirak edən nümayəndələrdən bir neçəsi yaşadıqları yataqxanalarda yaşayan Qarabağ döyüşlərində öz fiziki gücünü itirən, protezde gəzən əlillərin yuxarı mərtəbəyə hər gün qalxıb enmələrinin çətin olduğunu bildirərək, onların yerlərinin dəyişdirilməsini xahiş ediblər. Tədbirdəmaraqlı təkliflər irəli sürülərək qarşılıqlı müzakirə şəklində davam etdirilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info