İstiqlal Muzeyi və “İdrak“ liseyinin təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 25.05.2017 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Bu gün "İdrak" liseyində Azərbaycan İstiqlal Muzeyinin və İdrak Liseyin birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir-sərgi keçirilib.
Tədbiri giriş sözü ilə "İdrak" liseyinin tarix müəllimi Nəsib Rzayev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyətindən danışıb. Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Ramazanova Gülay, Quliyeva Arzu Şərqin ilk Demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Parlamenti haqqında ətraflı məlumat veriblər. Respublikanın çox qısa və çətin bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq təhsil, mədəniyyət, ordu və digər sahələrdə əldə etdiyi uğurlardan söz açıblar. Tamaşaçılara “Əbədi ezamiyyət” adlı sənədli film təqdim olunub.
Liseydə təşkil olunan sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən fotolar nümayiş olunub.
Tədbirin sonunda Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları tərəfindən "İdrak" liseyinin şagirdləri üçün hazırlanan viktorina keçirilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info