Ziyad Səmədzadə: “Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı”
Tarix: 25.05.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı, böyük bir bayramı təntənə ilə qeyd etdi.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, artıq bütün dünyanın mətbuat səhifələrində, o cümlədən dünya liderləri tərəfindən Azərbaycanda keçirilən bu tədbir çox yüksək qiymətləndirilir: “Bütün bunların hamısı, əldə olunan nailiyyətlər, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın birinci yerdə olması bir daha onu göstərir ki, ölkədə düşünülmüş, düzgün dövlət siyasəti aparılır və bu siyasət beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsinə, ölkəmizin atdığı addımların dəstəklənməsinə imkan verir”.
Z.Səmədzadə qeyd edib ki, bu Oyunlar təkcə idman yarışı deyildi, eyni zamanda İslam həmrəyliyinin nümayişi idi: “54 ölkənin nümayəndələrinin Azərbaycana gəlişi böyük hadisə idi. Təbii ki, onlar Azərbaycanda gördüklərini öz ölkələrində danışacaqlar, çünki Azərbaycanda sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş, Azərbaycan mədəniyyətinin qədimliyi islam ölkələrinin hər bir vətəndaşında qürur hissi doğurmalıdır. Bütün bu uğurların kökündə təbii ki, Azərbaycanın dövlət siyasəti dayanır və burada Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət də öz uğurlu nəticələrini verir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info