Mayın 30-dan güzəştli mənzil üçün müraciətlərin qeydiyyatı başlayır
Tarix: 25.05.2017 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Mayın 30-dan etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib ki, Prezidentin 24 may 2017-ci il tarixli fərmanı ilə “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə təsdiq edilib. Ölkə başçısının “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16.11.2016-cı il tarixli fərmanına əsasən “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında yaradılıb. “Güzəştli mənzil” elektron sistemi Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə elektron kabinetin yaradılmasını təmin edir. Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına mayın 30-dan etibarən başlanılacaq. Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə “www.mida.gov.az” və ya “www.mida.az” “internet-saytları”nın ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminə gücləndirilmiş elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər. Vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin qəbulu müvafiq “ASAN xidmət” mərkəzlərində də təşkil olunacaq. Güzəştli mənzil əldə etmək hüququna malik şəxsin sənədləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzlərində qəbul edildikdən və 5 iş günü ərzində müvafiq kateqoriyaya aid olması təsdiq olunduqdan sonra, ona “Güzəştli mənzil” elektron sistemində şəxsi kabinetin yaradılması barədə bildiriş göndəriləcək. Bildiriş almış vətəndaş sistemdən və elektron kabinetindən Elektron İmza və ya Asan İmza vasitəsilə istifadə edə biləcək. Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info