Oyunlarda qalib olan gəlmiş sərhədçilər mükafatlandırılıb
Tarix: 25.05.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Ölkəmizdə yüksək səviyyədə təşkil olunan, böyük təntənə ilə keçirilən və idmançılarımızın parlaq qələbəsi ilə başa çatan IV İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini vermiş Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları ilə görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, görüşdə IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qəbul edən sərhədçilərin vəzifələrinin öhdəsindən layiqincə gəldikləri qeyd edilib. Mötəbər idman yarışında 162 medalla 54 ölkə arasında birinci olan Azərbaycan yığma komandasının tərkibində “Sərhədçi” idman klubunun üzvlərinin 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmasının sərhədçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığı bildirilib. Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıblar.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
24.06.2019
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
23.06.2019
Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi olub
23.06.2019
Akrobatika gimnastlarımız “Minsk 2019“da üçüncü medalı qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info