“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibləri
Tarix: 26.05.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibi müəyyən edilib. Müsabiqənin təşkilində məqsəd Prezidentin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Müsabiqədə 6 universitetin 34 tələbəsi iştirak edib. Ekspert Şurası təqdim edilən 34 biznes ideyanı dəyərləndirərək 6 finalçı müəyyənləşdirib. “Made in Azerbaijan 2017” müsabiqəsinin final mərhələsində 6 finalçı biznes ideyalarını münsiflər heyəti qarşısında nümayiş etdirib. UNEC-in IV kurs tələbəsi Fəqan Çələbizadə ilə Milli Aviasiya Akademiyasının II kurs tələbəsi Emil Hacıyevin birgə hazırladığı “Bavel ilə dil baryerini yox et!” layihəsi müsabiqənin qalibi olub. II yerə Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Günay Abdullayevanın “TechSOS” layihəsi, III yerə isə UNEC-in II kurs magistri Aytac Şeyixovanın “Sənayedə yosun bitkisinin tətbiqi, biznesi və perspektivi” layihəsi layiq görülüb. “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibinə 2000, II yerə 1500, III yerin sahibinə isə 1000 AZN məbləğində mükafat təqdim edilib. Finalçılar – UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Eşqin Cəfərov “Bron Stadium”, İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Fatimə Məsimli “Kənd-Yaşıl Turizmin İnkişafı”, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Aqil Həsənova isə “CleanS” biznes ideyalarına görə “Kapital Bank”ın xüsusi hədiyyələri verilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib
17.06.2019
Sabah Bakıda 33, bəzi bölgələrdə 38 dərəcə isti olacaq
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info