Çin “İpək yolu” layihəsinə 124 milyard dollar ayıracaq
Tarix: 26.05.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Reuters” agentliyinin məlumatına əsasən, ÇXR-in sədri Si Szinpin Pekində keçirilən “Bir kəmər – bir yol” forumunda Çinin yeni “İpək yolu”nun inkişafı ilə bağlı layihəyə ümumilikdə 124 milyard dollar ayıracağını vəd edib. ÇXR artıq mövcud olan “İpək yolu” Fonduna 14,5 milyard dollar köçürəcək. Çexiya Respublikasının Prezidenti Miloş Zeman yeni “İpək yolu”nu müasir tarixdə ən cazibədar layihə adlandırıb. Almaniya isə “İpək yolu” təşəbbüsünə münasibətdə Çexiya və Böyük Britaniyadan fərqli olaraq, skeptik mövqedə dayanır. Almaniyanın iqtisadiyyat və energetika naziri Brigitte Sipris ölkəsinin müştərək bəyanata layihədə azad ticarət və sağlam rəqabətin yer alacağı təqdirdə imza atacağını bildirib. Qərb ölkələrinin bir neçə diplomatı həm Pekin konfransını, həm də, sözügedən təşəbbüsü Çinin qlobal miqyasda nüfuzunu artırmaq cəhdləri kimi səciyyələndirib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info