ABŞ-ın İraqa göndərdiyi silahlar “itib”
Tarix: 26.05.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Pentaqon İraq ordusu üçün göndərilən milyardlarla dollarlıq silahların yeri barədə məlumata sahib deyil

Beynəlxalq qeyri-hökumət təşkilatlarının məlumatına görə, amerikalı hərbçilər bir müddət bundan əvvəl İraq və Küveytə göndərilən silahlarının harada olması barədə hələ də məlumatsızdır. Başqa bir mənbədən verilən xəbərə görə, artıq “itmiş” hesab edilən həmin silahların ümumi dəyəri milyardlarla dollardır.
Ölkənin hüquq müdafiəçiləri rəsmi Vaşinqtonda 2016-cı il audit yoxlamasının nəticələri ilə bağlı sorğu göndərsələr də, hələ ki, cavab almayıblar. QHT-lər tərəfindən yayılan sənədlərdə qeyd edilir ki, Pentaqon İraq ordusu və kürd döyüşçüləri üçün göndərilən silahların sayı və yeri barədə dəqiq məlumata sahib deyil. Xüsusilə də dəyəri 28 milyon dollar olan on minlərlə hücum tüfəngi, yüzlərlə minaatan, “Humvee” tipli ordu avtomobillərinin harada olduğu bəlli deyil. “Bu, kədərli məlumatdır. Nəzərə alsaq ki, bu silahlar əks cəbhənin -“İŞİD”-in əlinə keçə bilər, deməli, bunun fəsadlarını hələ çox yaşayacağıq” - deyə silahlara nəzarət sahəsi üzrə ekspert Patrik Uilken bildirib. İraqdan fərqli olaraq qonşusu İran öz raket gücünü artırmaqla məşğuldur. İranın İslam İnqilabı Keşikçiləri Korpusu say hesabı ilə üçüncü olacaq yeraltı raket kompleksini istifadəyə verəcək. Bu barədə iranlı hərbçi Əmir Əli Hacızadə bildirib. “Biz öz müdafiə imkanlarımızı genişləndirmək yolunda müəyyən addımlar atmaqdayıq”-deyən iranlı hərbçi sınaqdan keçirilən yeni silahların rəqiblər üçün yeni sürpriz olacağını bildirib. Hacızadə yaxınlarda İranın “Dizful" adlanan ballistik yer-yer tipli raket növünü sınaqdan çıxaracağını da istisna etməyib. Xatırladaq ki, İran dövləti bu ilin yanvar ayında orta mənzilli ballistik raketləri sınaqdan keçirdikdən sonra ABŞ dövləti 13 fiziki şəxs də daxil olmaqla yeni qadağalar siyahısı tərtib edib. Həmin siyahıda 12 şirkətin adı var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info