Britaniya ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığı dayandırdı
Tarix: 26.05.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Terror baş verəndən sonra mediada stadionda baş verənlərlə bağlı ətraflı, xırda detallar da təqdim edilməklə məlumatlar ABŞ güc strukturlarına istinadla, elə ABŞ mediasında yayılıb

Britaniya polisi “Manchester Arena” stadionunda baş verən partlayışın təhqiqatı ilə əlaqədar daha iki nəfəri həbs edib. Beləliklə də, cinayət işi üzrə həbs olunan şübhəlilərin sayı 8 nəfərə çatıb.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Böyük Mançesterin polis idarəsinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. İstintaq terror aktının “İŞİD”-lə əlaqəli cinayətkar şəbəkə tərəfindən hazırlandığını ehtimal edir. Liviyanın Tripoli şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı və atası da həbs edilib. Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Son məlumata əsasən, hadisə nəticəsində 22 nəfər, o cümlədən 12 uşaq həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanalarda müalicə olunan 64 nəfərdən 20-si ağır vəziyyətdədir. Bundan başqa, əksəriyyəti yeniyetmələrdən ibarət 9 nəfər itkin düşmüş sayılır. Mançester polisi terror aktının cinayətkar şəbəkə tərəfindən təşkil edildiyinə dair bəyanat yayıb. Polis, həmçinin terror aktının icraçısının 22 yaşlı Liviya əsilli Mançester sakini Salman Abedi olduğunu açıqlayıb. Dünən bu məsələ ilə bağlı xəbərlər yayılıb. Bəlli olub ki, Britaniya polisi baş vermiş terror olayı ilə bağlı ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığı dayandırıb. Daha doğrusu, Britaniya tərəfi olayla bağlı heç bir gizli informasiyanı Birləşmiş Ştatların xüsusi xidmət orqanları ilə bölüşməyəcək. BBC xəbər verir ki, hadisə baş verəndən sonra mediada stadionda baş verənlərlə bağlı ətraflı, xırda detallar da təqdim edilməklə məlumatlar yayılıb. Bu məlumatlar ABŞ güc strukturlarına istinadla elə ABŞ mediasında yayılıb, digər ölkə mediası da həmin məlumatları tirajlayıb. “The New York Times” nəşri isə dəlil-sübutların olduğu fotolar paylaşıb. Bundan narazı olan Britaniyanın daxili işlər naziri Ember Radd bildirib ki, polis informasiya axınına nəzarət etməyə çalışır. Mançester qraflığının polisi açıqlayıb ki, bu məlumatlar ABŞ xüsusi xidmət orqanları tərəfindən mətbuata ötürülüb. Ona görə də Britaniya tərəfi gizli məlumatların amerikalılara təqdim edilməsini müvəqqəti dayandırıb. Britaniyanın baş naziri Treza Mey dünən bəyan edib ki, informasiya sızdırılmasının qarşısını almağın vacib olduğunu Donald Trampın diqqətinə çatdıracaq. Mançester meri Endi Bernem ABŞ-ın bu ölkədəki səfir əvəzinə narazılığını çatdırıb. “Daily Mail” nəşri yazır ki, Britaniya xüsusi xidmət orqanları terrorçunun şəxsiyyəti ilə bağlı informasiyanın ABŞ KİV-inə sızdıran mənbə ilə bağlı araşdırmaya başlayıb: “Belə bir informasiyanın ABŞ dövlət orqanları tərəfindən KİV-ə sızdırılması terror qurbanları və onların ailələrinə qarşı hörmətsizlikdir. Belə informasiya sızdırılması dəhşətli hadisənin araşdırılması işinə də ziyan vurur”. Britaniyanın informasiya mübadiləsini dayandırması ilə bağlı məsələyə NATO baş katibi Stoltenberq də münasibət bildirib: “Bu məsələ Britaniya və ABŞ arasında olan ikitərəfli məsələdir”.
Anar





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info