Çin XİN: “Azərbaycanı “Bir kəmər - bir yol” strategiyasında vacib ölkə kimi qiymətləndiririk”
Tarix: 26.05.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın Çindəki səfirliyi 28 May - Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.
Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib. Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə xalqımızın azadlıq arzusunun XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin timsalında həyata keçdiyini qeyd edərək, qısa müddətdə milli dövlətin qazandığı nailiyyətlərdən danışıb. Mətin Mirzə Azərbaycan ərazisinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı faktına toxunaraq, münaqişənin həlli istiqamətində danışıqların bir nəticə vermədiyini diqqətə çatdırıb. Azərbaycan-Çin münasibətlərindən söz açan diplomat deyib ki, bu il həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür. Hər iki ölkə həssas məsələlərdə bir-birini dəstəkləyir, qarşılıqlı siyasi etimad daim güclənir. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Fan Run hökumət adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Diplomat müstəqillik illərində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sabitliyi, dinamik iqtisadi inkişafı təmin edərək müxtəlif sahələrdə böyük uğurlara imza atıb. Çin dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevinir. İki ölkə arasında münasibətlərin hər iki xalqın mənafeyinə uyğun olaraq daim inkişaf etdiyini diqqətə çatdıran Fan Run, bu il diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümünün Azərbaycanda və Çində yüksək səviyyəli tədbirlərlə qeyd olunduğunu deyib. Bildirib ki, ölkəsi Azərbaycanı “Bir kəmər - bir yol” strategiyasında vacib ölkə kimi qiymətləndirir. Tədbir iştirakçılarına Azərbaycan haqqında nəşrlər, o cümlədən “İrs” və “Baku” jurnalının nüsxələri paylanılıb. Mərasim çərçivəsində Azərbaycan istehsalı olan şərabların təqdimatı olub.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info