Respublika Günü Təbrizdə və Ankarada qeyd olunub
Tarix: 26.05.2017 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə ölkəmizin Ankaradakı səfirliyində qəbul təşkil edilib.
Qəbulda Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin qoşun növü komandanları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov ölkəmizin istiqlaliyyət tarixindən, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsindəki tarixi missiyasından, Prezident İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü çoxşaxəli işlər haqqında ətraflı məlumat verib. Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu qeyd edib, bütün sahələrdəki əməkdaşlığımızın uğurla davam etdiyini vurğulayıb. Daha sonra tədbir iştirakçıları Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi və Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinə həsr edilən fotosərgi ilə tanış olublar. Xalq artisti Azərinin ifasında səslənən Azərbaycan mahnıları isə gecəni daha da rövnəqləndirib.
Azərbaycanın Təbrizdəki baş konsulluğu da 28 May - Respublika Günü münasibətilə qəbul təşkil edib. Qəbulda İranın Şərqi Azərbaycan vilayətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbüstəri Xiyabani, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğunun əməkdaşları, Təbriz Universitetinin rektoru doktor Purməhəmmədi, ictimaiyyət nümayəndələri və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. AZƏRTAC bildirir ki, baş konsul Əliyənnağı Hüseynov çıxış edərək xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci ilin mayın 28-i yaradılan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşub. Azərbaycan xalqı 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikasının təməlini qoyub. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev həmişə İranla münasibətlərin inkişafına xüsusi diqqət göstərib. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. Hazırda ölkəmiz İran ilə çoxşaxəli əlaqələrə malikdir. Azərbaycan və İran münasibətləri ortaq tarix, mədəniyyət ilə yanaşı, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinə və ənənəvi dostluğa söykənir. Azərbaycan Respublikası müstəqilliyin ilk illərindən dost və qardaş İranın dəstəyinin şahidi olub. Son dörd ildə Azərbaycan və İran prezidentləri 8 dəfə görüşüb. Ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. Baş konsul Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bir neçə gün əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu Oyunlar, eləcə də 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması xalqımızın və dövlətimizin İslam dünyasına göstərdiyi dəstəyin bariz nümunəsidir. Qəbulda çıxış edən Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini S.Ş.Xiyabani bildirib ki, ötən 4 il ərzində İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında Şərqi Azərbaycan vilayətinin də rolu var. Qarşılıqlı səfərlər zamanı rəsmi şəxslərvə iş adamları arasında yaxşı əlaqələr qurulub. Tədbirdə IV İslam Həmrəyliyi Oyunları haqqında film nümayiş olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info