Bəhruz Həsənov: “Azərbaycan İslam həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla davam etdirir”
Tarix: 26.05.2017 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbiri “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev açaraq ölkəmizin son illər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da öz möhtəşəmliyi ilə seçilib. Bu Oyunlar bütün İslam ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirildiyini qeyd edib. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük əməyi sayəsində İslamiada ən yüksək səviyyədə təşkil olundu. Bunu bütün İslam ölkələrinin KİV-lərində yayılan informasiyalarda da açıq-aydın görmək olar.
Azərbaycanın İslam həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla davam etdirdiyini deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, Azərbaycan mədəniyyəti İslam sivilizasiyasının formalaşmasında çox mühüm elementdir.
B. Həsənov bildirib ki, İslam ölkələri arasında əməkdaşlıqda media həmrəyliyi də çox mühüm əhəmiyyət kəsb edir: “Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının mətbuatında da geniş işıqlandırıldı. Biz bir daha şahidi olduq ki, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təsis edilməsi çox gözəl ideyadır. Bu Oyunlar assosiasiyanın yaradılmasının zəruriliyini bir daha nümayiş etdirdi. Əminik ki, bu Oyunlar gələcəkdə İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verəcək”. Bu oyunların İslam xalqlarını həmrəyliyə səsləyən bir hadisə olduğunu deyən B.Həsənov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə Azərbaycan xalqı böyük bir tarixi hadisənin şahidi oldu: “Azərbaycan bu oyunları təşkil etməklə bir daha dünyaya sübut etdi ki, İslam ölkələrinin gəncləri müharibə ocaqlarında yox, idman arenalarında qarşı-qarşıya gəlməlidir. Bu oyunlar həm də onu göstərdi ki, İslam ölkələri arasında həmrəyliyin yaranmasına ehtiyac var. Bəlkə də, bu əlaqələr vaxtında qurulmadığı üçün bu gün bəzi İslam ölkələrində münaqişələri müşahidə edirik. Azərbaycan İslam dünyasının həmrəyliyinin qurulması üçün üzərinə götürdüyü vəzifəni uğurla davam etdirir. Açılış və bağlanış mərasimlərində Azərbaycan mədəni, milli irsinin bir hissəsini göstərməyə nail olduq. Azərbaycan mədəniyyəti İslam siviliyaziyasının ayrılmaz hissəsidir. Ölkə başçısının da dediyi kimi, biz milli mənəvi köklərimiz üzərində yeni bir dövlət qururuq. Milli köklərimiz üzərində qurduğumuz dövlətin dünyaya inteqrasiyası qədər İslam dövlətlərilə əlaqələrin qurulmasında maraqlıyıq. Oyunlara gələn qonaqlar həm də Azərbaycanın qonaqpərvərliyinin şahidi oldular. Bu tədbir həm də İslam ölkələri arasında əməkdaşlıq, həmrəyliyin qurulmasında mühüm rol oynayacaq. Biz İslam ölkəsi olaraq bu cür oyunlar ətrafında müzakirələrin keçirilməsinə hər zaman hazırıq. Bundan sonra yarışlar qardaş Türkiyədə keçiriləcək. Biz onlara da uğurlar arzulayırıq”.

Nəcəfi:
“İslamiadanın keçirildiyi müddətdə Azərbaycan dünyanın diqqət mərkəzində idi”

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi bildirib ki, Bakıdan bütün dünyaya müsəlman ölkələri arasında birlik, qardaşlıq, sülh və dostluq mesajı ötürüldü: “Azərbaycan dövləti və millətinə, xüsusilə də Azərbaycanın Birinci vitse-prezidenti və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya, belə böyük və əhəmiyyətli yarışların təşkilində rolu olmuş hər kəsə təşəkkürümü biidirirəm. 54 müsəlman ölkəsinin iştirakı ilə 12 gün ərzində Bakı şəhərində keçirilmiş bu Oyunlarda müsəlman ölkələri arasında İslam birliyi, eyni zamanda gənclərimizin idman bacarıqları çox gözəl səviyyədə nümayiş etdirildi, Bakıdan bütün dünyaya müsəlman ölkələri arasında birlik, qardaşlıq, sülh və dostluq mesajı ötürüldü".
O bildirib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, idman və idman diplomatiyası sahəsində də inkişaf və tərəqqiyə doğru hərəkət etdiyini nümayiş etdirdi: "Bakı-2017 IV islam Həmrəyliyi Oyunlarının keçirildiyi müddət ərzində bu mühüm hadisəni işıqlandırmaq üçün İran milli televiziyasından 21 müxbir, müxtəlif xəbər agentlikləri və xəbər portallarının 30 nümayəndəsi Bakıya gəlib. Ümumilikdə, 45 nəfər 24 saatlıq fəaliyyətlə Bakı şəhərində keçirilən belə bir mühüm islam və idman tədbirini dost, qardaş və qonşu Azərbaycanın paytaxtından İranın 67 televiziya və 85 radio kanalı vasitəsilə ölkə daxili və xaricində işıqlandırmağa çalışıb".
Səfirlik rəsmisi bildirib ki, İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddət ərzində Azərbaycan dünyanın və müsəlman ölkələrinin diqqət mərkəzində idi: "Bu Oyunlar həm İslam Oyunları, həm də idman adını özündə ehtiva etdiyi üçün müsəlman ölkələrində, o cümlədən İranda ölkə rəsmiləri tərəfindən xüsusi diqqət və maraqla izlənildi. Şəxsən mən regional və dünya səviyyəsində keçirilmiş çox azsaylı idman tədbirlərində İran yığmasının 161 peşəkar idmançı ilə iştirakının şahidi olmuşam. İran yığmasının Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında üçüncü pillədə yer alması bunun əyani sübutudur".
Onun sözlərinə görə, İran İslam Respublikasının idmançıları və media nümayəndələri Azərbaycanın bu idman tədbirini çox gözəl və peşəkar səviyyədə keçirməsindən, gözəl şəraitin yaradılmasından, həmçinin bu Oyunlara çox yüksək səviyyədə ev sahibliyi etməsindən danışır və bunu dəyərləndirirlər: "Bütün bunlar Azərbaycanın belə mühüm tədbirlərin yüksək və beynəlxalq səviyyədə keçirilməsi sahəsində malik olduğu dəyərli və böyük təcrübəsindən xəbər verir. İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə, həmçinin İranın idman yığması və media nümayəndələri adından Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında birinci yer qazanması münasibətilə təbrik edir, Azərbaycan dövləti və xalqına Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarına gözəl ev sahibliyi etdiklərinə görə təşəkkürümü bildirirəm".
Türkiyənin ölkəmizdəki səfirliyinin kiçik katibi Öznur Tüben Cokrak Azərbaycanının bu oyunlarda böyük bir uğura imza atdığını deyib: “Türkiyə mediası bu oyunları daim diqqətdə saxladı, TRT Spor, TRT Avaz telekanallarında yarışlardan reportajlar yayımlandı. İslam dünyasında birlik və bərabərliyin təmin edilməsində bu oyunlar çox böyük əhəmiyyət kəsb edir. Bu oyunlar növbəti ildə Türkiyədə keçiriləcək, hər kəsi növbəti oyunlarda iştiraka dəvət edirik”.
İndoneziya səfirliyinin birinci katibi Angela Angreani Soevono oyunları yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanı təbrik edib. O, İslam Oyunlarının dünyaya çatdırılmasında medianın mühüm rol oynadığını deyib: “İndoneziya mediaya ictimai fikrin formalaşmasına görə böyük bir portnyor kimi baxır. Mediada İslam Oyunları barədə verilən məlumatlarda idmançıların həmrəylik ruhunu sezmək olardı. İslam ölkələri jurnalistlərinə bu ağır işi uğurla başa vurduqlarına görə təşəkkür edirik. Onlar islamın həmrəylik ruhunu dünyaya düzgün çatdırdılar”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info