TUMİB Qubada vətənpərvərlik təbliğatı aparıb
Tarix: 26.05.2017 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Quba şəhərində baş tutub. TUMİB rəhbərliyi və Quba rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirdən əvvəl Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Quba şəhərində fəaliyyət göstərən Gənclər Evində baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə tədbir iştirakçılarını 28 may Respublika Günü münasibətilə təbrik edib. Daha sonra bildirib ki, rəhbərlik etdiyi təşkilat Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir: “Bu görüşlərin məqsədi qəhrəmanlarımızı təbliğ etmək, onların keçdikləri şərəfli ömür yolu barədə yeniyetmə və gənclərimizə ətraflı məlumat verməkdir”.
Ç.Bayramov öz çıxışında qeyd edib ki, qəhrəmanlıq etmək, adının tarixin səlnaməsinə yazılmasına nail olmaq Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir: “Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusundan kök atır. Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda yeniyetmə gənclərin fərdi potensialının üzə çıxması üçün hər cür şərait var. A.Yəhyayevə vətəndaş cəmiyyəti institutlarının övladlarımızın vətənpərvər ruhda böyüməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Görüşdə həmçinin Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, təhsil məsələləri üzrə ekspert Raqib Sarı, hüquqşünas Orxan Vəliyev və başqaları çıxış edərək, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıblar. Qeyd ediblər ki, adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qızlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirmək mümkündür.
Natiqlər çıxışlarında bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,  vətənpərvər ruhda yetişmiş Azərbaycan gəncləri 2016 –cı ilin aprel ayındakı döyüşlərdə erməni işğalçılarına qarşı göstərdikləri  şücaətləri ilə tariximizdə yeni qəhrəmanlıq səhfəsi açdılar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info