Elmar Məmmədyarov: “Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişafa töhfə verən güclü tərəfdaşdır”
Tarix: 26.05.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


28 May - Respublikası Günü və Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Nyu-Yorkda rəsmi qəbul keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzv olduğu gündən üzləşdiyi iqtisadi çətinliklərə və ölkəmizə qarşı təcavüzə, eləcə də onun dağıdıcı nəticələrinə baxmayaraq, iqtisadi və siyasi cəhətdən dinamik müasir dövlətə çevrilərək özünü etibarlı tərəfdaş kimi sübut edib. Biz bu müddət ərzində BMT-nin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk.
Nazir deyib: “Azərbaycan ardıcıl surətdə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə, məqsəd və məramlarına münasibətdə öhdəliklərinə tam sadiqlik nümayiş etdirib, sədaqətlə təşkilatı dəstəkləyib və onun fəaliyyətinə fəal surətdə töhfə verib.
Bu qısa dövr ərzində Azərbaycan BMT-nin iki əsas orqanına, daha dəqiqi Təhlükəsizlik Şurasına (2012-2013) və İqtisadi və Sosial Şuraya (2003-2005 və 2017-ci ildən növbəti 3 illiyə), habelə İnsan Haqları Komissiyasına (2005-2006), İnsan Haqları Şurasına (2006-2009) və təşkilatın digər seçkili orqanlarına və qurumlarına üzv seçilib.
Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş çoxsaylı qətnamələrin əsas müəllifdir.
Mənim ölkəm beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin qorunmasında öhdəliklərinə tam sadiqdir və bu istiqamətdə davamlı səylər göstərir. Hazırkı zamanda dünyanın və bizim regionun qarşılaşdığı xüsusi çağırışları aydın şəkildə anlayaraq, Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələri əsasında Cənubi Qafqazda və ondan kənarda uzunmüddətli sülhün yaradılmasına töhfə verməyi davam etdirəcək”.
Elmar Məmmədyarov bildirib ki, bu ilin əvvəlində baş katibin Təhlükəsizlik Şurasında çıxışı zamanı qeyd etdiyi kimi “milli suverenliyə və ərazi bütövlüyünə qarşı olan təhdidlər nizamnaməyə uyğun olaraq qanunun aliliyinə əsaslanan beynəlxalq nizamı qorumaq və möhkəmləndirmək üçün birgə işləməli olduğumuza xatırlatmadır”.
Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipi əsasında siyasi həllinə sadiqdir. Bunu beynəlxalq hüquq tələb edir və bu, BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın münaqişəyə dair müvafiq qətnamələrinin birmənalı tələbidir. Ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşməsində əziyyət çəkən ölkə kimi Azərbaycan regionda sülh, stabillik və inkişafı təmin edə biləcək münaqişənin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir.
“Azərbaycan tərksilah və silahların yayılmamasına dair müvafiq beynəlxalq alətlərindən irəli gələn öhdəliklərə tam əməl edir və beynəlxalq terrorla mübarizə səylərinə ardıcıl surətdə töhfə verir.
Qlobal iqtisadi böhran və digər çağırışlara baxmayaraq, biz ölkənin mərhələli iqtisadi artımını qoruyub saxlayaraq inklüziv və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində səyləri davam etdiririk. 2016-cı il oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal inkişaf məqsədləri və hədəflərinə uyğun olaraq milli prioritetlərin və onların göstəricilərinin 2030-cu ilədək müəyyənləşdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müvafiq Dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və illik milli DİM tərəqqi hesabatının hazırlanmasını təlimatlandıracaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb. Bu illər ərzində biz müxtəlif regionlardan olan çoxsaylı ölkələri humanitar və digər yardımlarla təmin etmişik.
Azərbaycan milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə önəm verir. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub.
2016-cı ilin aprelində Azərbaycan “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu təşkil edib.
Mədəniyyətlər və sivilizasiyalar arasında mədəni körpü kimi Azərbaycanın rolu 2015-ci ildə birinci Avropa Oyunlarına və ən son IV İslam Həmrəyliyi Oyunlarına, eləcə də digər əhəmiyyətli beynəlxalq mədəni və idman tədbirlərinə ev sahibliyi etməsində özünü bir daha nümayiş etdirib.
Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən fəal və güclü tərəfdaş olub və olaraq qalacaq”, - deyə xarici işlər naziri vurğulayıb.
Çıxışdan sonra tədbir konsert proqramı və ziyafətlə davam edib.
Tədbir əsnasında Azərbaycanın BMT ilə əməkdaşlığına dair fotosərgi təşkil olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info