Azərbaycan tolerantlıq və multikulturalizm prinsiplərinə daim sadiqdir
Tarix: 26.05.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. Qəbulda Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Baş nazirin müşaviri Fasil Nahom, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatlar, ölkənin aparıcı media nümayəndələri, yerli iş adamları və ölkəmizin ali təhsil müəssisələrinin efiopiyalı məzunları iştirak ediblər.
Çıxış edən səfir Elman Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququnun dünyanın bir çox dövlətlərindən əvvəl verildiyini qeyd edib.
Səfir E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayıb, Azərbaycanın 20 faiz torpaqlarını hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmədiyini və bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini deyib.
E.Abdullayev müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmizi ağır vəziyyətdən xilas etdiyini, sabitliyin, davamlı inkişafın təməlini qoyduğunu və vətəndaş qarşıdurmasının qarşısını aldığını bildirib. Ümummilli lider Heydər Əliyevin həm SSRİ, həm də müstəqil Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun gücləndirilməsində tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb.
Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu deyən E.Abdullayev ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib. O, dünyada multikulturalizmin və tolerantlığın təşviqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə “Bakı prosesi”nin başlandığını diqqətə çatdırıb. Səfir, həmçinin Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini bildirərək, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə daim sadiq qaldığını vurğulayıb. E.Abdullayev 2015-ci ildə təşkil edilmiş birinci Avropa Oyunları, mayın 12-22-də baş tutmuş IV İslam Həmrəyliyi Oyunları, Bakıda keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq və humanitar forumlardan söz açıb.
Azərbaycanın Afrika ölkələri, o cümlədən Efiopiya ilə ikitərəfli münasibətlərinə toxunan səfir E.Abdullayev, Afrika İttifaqı ilə əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar və əldə olunmuş nailiyyətlərə dair məlumat verib. O, Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O, 2017-ci il mayın 5-6-da Bakıda keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunda Efiopiyanın birinci xanımı Roman Tesfayenin və Malinin birinci xanımı Keita Aminata Maiqanın Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirak etdiyi “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” adlı “dəyirmi masa”da nitq söylədiklərini bildirib. 2017-ci ilin noyabrında Azərbaycan ilə Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyini bildirən səfir E.Abdullayev, gələcəkdə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Qəbul zamanı əsas qonaq qismində çıxış edən Efiopiyanın Baş nazirinin müşaviri Fasil Nahom Azərbaycan ilə Efiopiya arasında münasibətlərin sürətlə inkişaf etdiyini və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu deyib.
Tədbir zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info