ABŞ-ın bir sıra şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
Tarix: 26.05.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may 2017-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Con Heylman və Şəhər Şurasının üzvləri tərəfindən yekdilliklə müvafiq bəyannamə qəbul edilib.
Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin deyilir ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.
Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara səsvermə hüququ verib. Nəzərə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.
Müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrildiyi vurğulanır.
Bəyannamədə bildirilir ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı Milli Gün kimi qeyd edir.
Bəyannamənin sonunda 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.
Qeyd edək ki, Kaliforniyanın Santa Monika və Torrens şəhərlərində də 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin Los Anceles Vilayətinin Nəzarətçilər Şurası, Los Anceles Vilayətinin Qiymətləndiricisi və Kaliforniya Senatoru Ben Allen də Baş Konsulluğa müvafiq təbriknamələr göndəriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info