BANM Rumıniya universiteti ilə müqavilə imzaladı
Tarix: 26.05.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən birinci Azərbaycan-Rumıniya Universitetlərinin Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında razılaşma imzalanıb.
PGU-nun prorektoru professor Mixail Minesku ilə keçirilmiş görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilələrin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
PGU-nun prorektoru prof. Mixail Minesku bildirib ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə toplamaq, başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanları yaradır. O, vurğulayıb ki, imzalanmış əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft-qaz Universitetində təhsil ala bilərlər.
M.Minesku həmçinin qeyd edib ki, 2017-ci ilin oktyabr ayında Ploeşti Universitetində neft-qaz istiqaməti üzrə ali təhsil verilməsinin 50 ili tamam olur. Bildirilib ki, PGU 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları əsasında yaradılıb. İlk illərdə institut olaraq fəaliyyət göstərmiş, sonralar isə Ploeşti Neft və Qaz Universiteti adını alıb(1993). Hazırda Universitetdə Neft-qaz mühəndisliyi, Mexanika və elektrik mühəndisliyi, Neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir.
Görüşdə, həmçinin Cluj-Napoca Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu da iştirak edib. O da öz növbəsində təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildirib.
Qeyd edək ki, imzalanmış müqavilələr tələbə mübadiləsi, o cümlədən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info