Səbaildə silsilə tədbirlər keçirilir
Tarix: 24.04.2013 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Səbail rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə rayonun aparıcı təhsil müəssisələrində - 6 nömrəli tam orta məktəbdə və 132-134 nömrəli təhsil kompleksində respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
RİH-dən bildiriblər ki, tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, Əməkdar müəllimlər Sara Xanlarova və Gülşən Orucova çıxış edərək Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, eləcə də dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına, respublikamıza həsr olunmuş şeir və mahnılar, bədii kompozisiyalarla çıxış edib, Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti ilə bağlı referatlar dinlənilib. Səbail RİH və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirlərdə məktəblilər tərəfindən hazırlanmış slaydlar nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info