“IV İslam Həmrəyliyi Oyunları birliyə, həmrəyliyə, sülhə böyük töhfədir”
Tarix: 26.05.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi respublikanın inkişafından, iqtisadi potensialından və dünya dövlətləri arasında qazandığı etimaddan xəbər verir. Son bir neçə ildə ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yüksək səviyyədə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları bu mötəbər tədbirlərdən biri olub.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər bir sahədə, o cümlədən idman sahəsində tərəqqiyə yol açır. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsi baxımından göstərdiyi təşkilatçılıq qabiliyyəti xüsusi qeyd edilməlidir. Bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq arenada layiqli yer tutduğunu əminliklə söyləyə bilərik.
C.Xəlilov vurğulayıb ki, Azərbaycanda “Multikulturalizm İli”nin məntiqi davamı kimi, cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Birliyə, həmrəyliyə, sülhə böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu əlamətdar tədbir Azərbaycan xalqının sülhsevər, tolerant xalq olmasını nümayiş etdirdi. İdmanın müxtəlif növlərində atletlərimizın qələbəsi, ölkəmizin birinci yeri tutması bütün qeyd edilənlərlə yanaşı, respublikamızın yüksək idman potensiyalına malik olduğunu bir daha göstərdi.
“Biz veteranlar da hər bir Azərbaycan vətəndaşı kimi ölkədə idmana göstərilən diqqətin bariz nümunəsi olan bu mötəbər yarışları maraqla izlədik, milli komandamızı dəstəklədik. Belə mötəbər yarışların davamlı şəkildə keçiriləcəyinə və növbəti qələbəmizin Qarabağda olacağına inanırıq”, - deyə C.Xəlilov qeyd edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info