Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub
Tarix: 26.05.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə “Elektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. Qeyd olunan sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. İclaslarda qurumun əməkdaşları iştirak edib.
 Ölkəmizin "Elektron hökumət", "Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov sosial xidmətlərin elektronlaşdırılması, sənəd mübadiləsinin avtomatlaşdırılması və elektron imzanın tətbiqi barədə ətraflı məlumat verib. H. Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində əldə etdiyi uğurlar elektron imzanın dövlətlərarası tanınmasına imkan verir.
E-hökumət altqrupu təqdimatlar və müzakirələr əsasında mobil tətbiqlər, “bir pəncərə” prinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar və s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb.
Sonda türkdilli dövlətlər arasında elektron imzanın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında elektron imzanın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.
Həmçinin, müzakirələr əsasında şuraya üzv dövlətlər arasında ortaq elektron xidmətlərin hazırlanması müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info