Meksikada Respublika Günü qeyd edilib 
Tarix: 26.05.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Mexiko şəhərində Azərbaycanın Meksika Birləşmiş Ştatlarında səfirliyinin binasında 28 May - Respublika Günü və Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə qəbul təşkil olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Meksika hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı üzvləri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir zamanı çıxış edən Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının xalqımız üçün və ümumiyyətlə dünya tarixində önəmli bir hadisə olduğunu dedi. O bildirdi ki, Azərbaycan proqressiv və qabaqcıl düşüncəni nümayiş etdirmiş, vətəndaşlarına, o cümlədən qadınlara, bərabər hüquqları təmin edilmişdir. Diplomat 26 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşılaşdığı çoxsaylı çətinliklərə baxmayaraq bu gün regionun lideri, güclü və uğurlu dövlətə çevrildiyini qonaqların diqqətinə çatdırdı. Bunun, o cümlədən Azərbaycan rəhbərliyinin atdığı müdrik və uzaqgörən addımlara görə mümkün olduğunu vurğuladı.
Eyni zamanda nümayəndəmiz Azərbaycanın öz tolerantlığı ilə tanındığını və müxtəlif mədəniyyətlərin heç bir ayrıseçkilik ilə üzləşmədən əsrlər boyu burada birgə yaşadığını bildirdi. O, Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoq və multikulturalizmə verdiyi töhfədən danışaraq bu sahədə ölkəmizdə uğurla keçirilən bir sıra dünya miqyaslı tədbirlər barədə söz açdı, Azərbaycanın sivilizasiya və dinlər arası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdırdı. Son zamanlar ekstremizm, milliyətçilik və bu kimi digər xoşagəlməz təzahürlərin baş qaldırdığını nəzərə alaraq Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu mühüm tədbirlərin önəminin daha da artıqdığını söylədi.
O, həmçinin Azərbaycanın və bilavasitə ölkəmizin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilmiş irimiqyaslı iqtisadi layihələrdən danışaraq növbəti dünya miqyaslı layihə olan Cənubi Qaz Dəhlizindən söz açdı. Azərbaycan diplomatı uğurla həyata keçirilən bu layihənin Avropa enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini, həmçinin bu layihənin marşrutu boyu ölkələrdə minlərlə yeni iş yerlərinin açılması və beləliklə bu ölkələrin iqtisadiyyatlara olduqca müsbət təsir göstərdiyini vurğuladı.
Azərbaycanın həmçinin regional tranzit mərkəzinə çevrildiyini bildirən təmsilçimiz yaxın zamanlarda Avropa və Asiya arasında ən qısa yolu təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallığa çevriləcəyini dedi.
Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionumuzun təhlükəsizliyinə ən böyük təhdid olaraq qaldığını vurğulayaraq Azərbaycan Respublikasının ərazilərinin indiyədək işğal altında olduğunu qeyd etdi və münaqişənin tezliklə beynəlxalq hüquq, o cümlədən BMT TŞ və digər qurumların münaqişə ilə bağlı qətnamələrinə əsasən həll olunacağına ümid etdiyini vurğuladı.
M.Talıbov bu il, həmçinin Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini deyərək hər iki ölkənin regionlarında bütün sahələrdə mühüm rol oynadıqlarını tərəflərin enerji, ticarət, turizm, mədəniyyət və s. sahələrdə böyük əməkdaşlıq potensialının olduğunu qeyd etdi. İki il öncə Meksikanın Bakıda səfirliyinin fəaliyyətə başladığını məmnuniyyətlə qeyd edərək 2016-cı ildə iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirildiyini bildirdi və bu illəri gələcəkdə əməkdaşlıq imkanlarının fundamenti kimi qiymətləndirdi.
Tədbirin qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub, ölkəmiz haqqında videomateriallar nümayiş etdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info