Müəllimlərin yerdəyişməsi başladı
Tarix: 26.05.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Bu gündən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi başlayıb. Yerdəyişmə prosesi 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, ilkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi aparılacaq, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə olacaq. O bildirib ki, bu ildən müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək: “Müddətsiz əmək müqaviləsi ilə çalışanlar və iş yerini dəyişmək istəyən müəllimlər miq.edu.gov.az saytında proqram təminatına daxil olmaqla qeydiyyatdan keçəcək və onlar şəxsi məlumatları ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidir. Bundan sonra Təhsil Nazirliyi tərəfindən onun iş yerinin dəyişdirilməsinə icazə veriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı onun diaqnostik qiymətləndirmədəki göstəriciləri də son qərarda nəzərə alınacaq. Bu, yekun qərara təsir edən amillərdən biri hesab olunacaq”.
E. Bağırov qeyd edib ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Nazirlik rəsmisi qeyd edib ki, bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi, dəyişdirilmədə olan problemlər və digər məsələlərdən irəli gəlib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info