Cəfər Cəfərov: “Tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirlər həyata keçirməliyik”
Tarix: 26.05.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı keçirilib. Konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni və “Koroğlu” uvertürası səslənib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov TEC-in 74-cü elmi konfransının keçirilməsini müsbət hal kimi qiymətləndirib. Qeyd edib ki, tələbələrin böyük elmə gedən yolu TEC-dən başlayır. Biz tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirləri həyata keçirməli, elmi-tədqiqat işləri aparmalarına diqqət və qayğı göstərməli, onların elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun olmasını təmin etməliyik. Rektor tələbələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini mükəmməl öyrənməyi, bilik və bacarıqlara dərindən yiyələnməyi tövsiyə edib və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxışında universitetdə dövri elmi nəşrlərin artması, gənclərin apardıqları elmi-tədqiqat işləri, fənlər üzrə olimpiadaların keçirilməsi, bu olimpiadaların həm elmi, həm yaradıcı istiqamətdə aparılması barədə məlumat verib və olimpiadaların bütün fakültələr üzrə keçirilməsinin vacibliyini qeyd edib. TEC-in fəaliyyətinin daha səmərəli qurulmasının universitetdə tələbələrin elmi fəaliyyətlərinə müsbət təsir edəcəyini bildirib. Professor A.Zamanov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə həm kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin, həm də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyasının yüksək səviyyədə, şəffaf və obyektiv keçirildiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
TEC-in sədri, dosent Əli Zalov çıxış edərək TEC-in böyük və zəngin tarixə malik olduğunu bildirib. Qeyd edib ki, TEC-in məqsədi tələbələrin bilik və bacarıqlarını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan TEC-in 74-cü elmi konfransı mühüm əhəmiyyət kəsb edir.
Plenar iclasda tələbələr slayd vasitəsi ilə məruzələrini təqdim ediblər.
Sonra konfrans öz işini 7 bölmədə-Riyaziyyat, Fizika və texnologiya, Kimya və biologiya, Tarix və coğrafiya, Filologiya, Pedaqogika və psixologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq bölmələrində davam etdirib. Bütövlükdə bölmələrdə 181 məruzə dinlənilib. Konfransın sonunda bölmə sədrlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16.08.2019
Bakıda TOT kursu öz işinə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info