Respublika Gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib 
Tarix: 26.05.2017 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“AtaHolding” Şirkətlər Qrupunun və “Synergy Group” MMC-nin əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
İntellektual yarışda “AtaHolding”, “AtaSığorta”, “AtaTexnologiya”, “VTB Bank Azərbaycan” və “Synergy Group” komandaları iştirak ediblər. Oyun “AtaHolding” və Parlaq Zəka verilişinin aparıcısı Aydın Piriyevin təşkilatçılığı ilə keçirilib. Hər birində 6 iştirakçı olan komandalar müxtəlif mövzularda sualları cavablandırmağa çalışıb. Musiqi fasiləsində müğənni Araz Hümbətli mahnılar ifa edib.
Yarışda birinci yeri “VTB Bank Azərbaycan” ASC komandası, ikinci yeri “Synergy Group” komandası və üçüncü yeri isə “AtaSığorta” ASC komandası tutublar.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı qeyd etdi ki, ölkəmizin əlamətdar tarixi -28 May Respublika gününü hər il intellektual yarışısın keçirilməsi ilə qeyd etmək xoş ənənəyə çevrilib. Bu dəfə də turnir kəskin rəqabətlə çox maraqlı və gərgin şəraitdə keçdi. Komandaların üzvləri nəinki öz bilik səviyyələrini, həm də qısa müddət ərzində kollektiv surətdə cavab hazırlayıb qərar vermək bacarıqlarını nümayiş etdirdilər.
“Synergy Group” şirkətinin nümayəndəsi Mirəziz Əzizli yarış iştirakçılarını və qonaqları qarşıdan gələn 28 May Respublika günü münasibəti ilə təbrik edib. O, qeyd edib ki, ölkəmizdə özəl biznes qurumlarında bu cür geniş dünyagörüşlü insanların çalışması sevinc hissi doğurur.
Tədbirin sonunda qalib komandalara sertifikatlar təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info