“Tələbə nəzəri biliyinə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidir”
Tarix: 26.05.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi Bakıda SABAH-ın Müəllimi adı altında ali məktəb müəllimlərinin I forumu keçirildi. Forumda Təhsil Nazirliyi, SABAH qrupu əməkdaşları, ADPU-nun rəhbərliyi və müəllim-kollektiv heyəti, “Microsoft” şirkətinin nümayəndələri təmsil olunurdular. Forumda əsas təşkilatçılarından olan ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, tədris işləri üzrə prorektor, professor M. Cəbrayılov, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dos.Nahidə Acalova, ADPU-nun SABAH qruplarının mərkəz rəhbəri Lalə Mürsəlbəyova, ADPU-nun SABAH qruplarının koordinatoru Rəna Heydərova və başqaları yaxından iştirak edirdilər. Azərbaycan Dövlət Pedaqoji Universitetininin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov belə forumların tez-tez keçirilməsini məqsədəuyğun hesab edir: “Əvvəla ADPU-nun rəhbərliyi olaraq, bu forumun təşkilində iştirak etməyimizdən qürur və məmnunluq duyuruq. Müəllim hazırlığında davamlı olaraq hər zaman belə forumların keçirilməsini təklif edirəm. Müasir dövrümüzdə bilgi hamı üçün çox asanlıqla əldə edilə bilən bir sahə olub. Bu gün İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə hər kəs istənilən bilgiyə sahib ola və onu asanlıqla mənimsəyə bilər. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Bu gün ölkəmizdə təhsil islahatları həyata keçirilməklə müasir müəllim kimliyi formalaşır”.
Bu foruma ADPU-nun baş müəllimi Məlahət Abdullayevanın münasibətini öyrəndik: “Müəllimlər gələcəyin insanlarını yetişdirir. Bu mənada forum bir çox həlli tələb olunan məsələlərə aydınlıq gətirdi və mən bəzi nəticələrə də gəldim. Əgər məndən soruşsalar ki, bu gün ali məktəbi bitirən tələbəyə nə öyrətməliyik, nə verməliyik - artıq düşünmədən cavab verərdim ki, hər bir tələbəyə gələcəyə getmək üçün lazım olan açarı verməliyik.
Dünya beş ildən bir sürətlə dəyişir. Biz müəllimlərin vəzifəsi dəyişən dünyamızın tələblərinə cavab verən, rəqabətədavamlı gənclər formalaşdırmaqdır. Bu isə müəllimdən yalnız bilik vermək deyil, dünyagörüşü inkişaf etdirməyi tələb edir. Digər tərəfdən, gənclərin də arzu və istəkləri sürətlə dəyişir. Bundan ötrü tələbələrə sərbəstlik vermək lazımdır. Bu gün orta məktəblərdə tətbiq olunan, lakin ali məktəblərdə tətbiqinə təsadüfən rast gəlinən kurikulumun tələblərindən istifadə olunmalıdır. Tələbələr öyrəndikləri nəzəri biliklərə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidirlər”.
Artıq əminliklə deyə bilərik ki, ölkəmizdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarında yeni və fərqli mühitdə təhsil alan tələbələr əmək bazarının tələblərinə cavab verirlər. Beləliklə, bu forum belə nəticəyə gəlməyə imkan verir ki, müasir dövr yeni insandan daha çox bacarıqlar tələb edir. Hesab edirik ki, belə forumların keçirilməsi həm müəllimlər, həm də tələbələr üçün maarifləndirici xarakter daşıyır və çalışmaq lazımdır ki, bu kimi tədbirlər davamlı olaraq keçirilsin.

Aytən Əlisgəndərova




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
2 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
5 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info