Yaqub Mahmudov: “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir”
Tarix: 26.05.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 28 may –Respublika Gününə həsr olunmuş“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir”adlıkonfransda deyib.
Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycanın 5 min illik dövlətçilik tarixi var”.
İnstitut direktoru qeyd edib ki, türkçülüyün vətəni Azərbaycandır: “Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır. İlk dəfə üçrəngli bayraq ideyası da məhz Azərbaycanda doğulub. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb”.
“Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır”, - deyə tarixçi-alim Yaqub Mahmudov bildirib.
Akademik qeyd edib ki, 28 may Şərqin və türk dünyasının tarixində çox böyük gündür: “Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Azərbaycandan 5 il sonra Türkiyə də cümhuriyyət yaratdı”.
Konfransda Suraxanı rayon İcra hakimiyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Ağacan Abıyev və başqaları çıxış ediblər.
Qeyd edək ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfrans 4 qurumun - Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın Tarix İnstitutunun, Suraxanı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info