Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir
Tarix: 26.05.2017 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ölkəmizin çoxəsrlik inkişaf tarixinin, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan işlər görüb, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 28 May – Respublika Günü münasibətilə mayın 26-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Şərəfli istiqlal yolu” adlanan elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək 99 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq arzusuna qovuşduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xalq Cümhuriyyəti xüsusilə dövlət quruculuğuna verdiyi mühüm töhfələrlə yadda qalıb.
Qeyd olunub ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük təzyiqlərə məruz qalıb, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən işğal edilib. Ölkəmizin, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalq ayağa qalxaraq öz xilaskarını – ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirib. Məhz Ulu Öndərin böyük dühası, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub.
Çıxış edənlər dahi rəhbərin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.
X X X
28 May – Respublika Günü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Əlamətdar tarixi gün münasibətilə rayonun təhsil və mədəniyyət müəssisələrində, kitabxanalarda konfranslar, “dəyirmi masa”lar keçirilib, idman yarışları, kitab və rəsm sərgiləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə mayın 26-da Balakəndə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən toplantıda icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə danışıb. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu-XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi.
Bayram tədbiri mədəniyyət işçilərinin hazırladığı bədii proqramla davam edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info