UNEC kollektivi İstiqlal Muzeyində
Tarix: 26.05.2017 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəlli heyəti və tələbələr 28 May - Respublika Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyində olublar. UNEC-in nümayəndə heyətinə ilk dövlət muzeyində Azərbaycanın 99 il öncəki müstəqillik dövrünü əks etdirən tarixi faktlar və sənədlər barədə məlumat verilib. Xalq hərəkatının simvoluna çevrilən Xalq Cümhuriyyətinin ilk üçrəngli bayrağı UNEC kollektivi tərəfindən maraqla qarşılanıb. Ziyarətçilər muzeydə ekspozisiyaların nümayiş etdirildiyi 6 zal ilə tanış olublar. İlk zalda Azərbaycanın dövlət rəmzləri - üçrəngli bayraq, gerb, himn və Konstitusiyanı əks etdirən sənədlər, eləcə də istiqlaliyyət tarixini, görkəmli şəxsiyyətlərin həyatını əks etdirən fotolar, müxtəlif məlumatlar yer alıb. İkinci zalda Azərbaycan tarixinin XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əks etdirilib. Zalın digər bölməsində 31 mart soyqırımına həsr olunan fotofaktlar, arxiv materialları, sənədlər nümayiş olunub. XX əsrin sonunda milli-azadlıq hərəkatına, Qarabağ müharibəsinə həsr olunan ekspozisiyanın yerləşdiyi növbəti zalda Azərbaycanın yeni tarixi əks olunub. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni terroru, 20 Yanvar qırğını, Xocalı soyqırımı barədə fotolar, müxtəlif sənədli materiallar sərgilənib. Muzeyin müstəqil Azərbaycan Respublikasının tarixinə və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilən zalı UNEC kollektivinin xüsusi marağına səbəb olub. Burada Ulu öndərin daxili və xarici siyasəti, neft strategiyası barədə tarixi faktlar, sənədlər, kitab və qəzet materialları yer alıb. Həmçinin Prezident İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat və fotolar da nümayiş olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info