NATO koalisiyanın “İŞİD”-ə qarşı əməliyyatlarında iştirak etməyəcək
Tarix: 26.05.2017 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


NATO “İŞİD” terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub. Bu o demək deyil ki, NATO koalisiyanın “İŞİD”-ə qarşı əməliyyatlarında iştirak edəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Biz, NATO 28 üzv dövlətin iştirakı ilə koalisiyanın üzvü olmasına dair razılığa gəldik. Bu o demək deyil ki, biz koalisiyaya üzv olmaqla hərbi əməliyyatlarda iştirak edəcəyik”, - deyə Stoltenberq qeyd edib. “Bu, təlim və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə əlaqələndirilmə də daxil olmaqla, NATO-nun siyasi müzakirələrdə iştirak etməsinə imkan yaradacaq. Biz İraq hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. NATO-nun təlimi sayəsində partlayıcı qurğuları zərərsizləşdirməyi bacaran İraq hərbçiləri bacarıqlarını artıq Mosul uğrunda döyüşlərdə tətbiq edirlər”, - deyə baş katib bildirib. Stoltenberq bundan əvvəl NATO-nun əməliyyatlarda iştirak etməyəcəyini dəfələrlə bəyan edib. Stoltenberq alyansın sammitinin yekunlarına dair açıqlamasında rəhbərlik etdiyi təşkilatın Rusiya ilə qarşıdurmaya can atmadığını da bildirib: “NATO müdafiə ittifaqıdır, Rusiya ilə qarşıdurmaya can atmır. Rusiya bizim ən iri qonşumuzdur və bu cür də qalacaq, biz Rusiya ilə daha yaxşı və konstruktiv münasibətlər qurmağa çalışırıq”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info