Tereza Mey internetdə ekstremist materialların blok olunmasına çağırır
Tarix: 26.05.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Baş naziri Tereza Mey internet-saytlarda ekstremist xarakterli materialları yerləşdirən istifadəçiləri blok etməyə imkan verən beynəlxalq kodun hazırlanmasını vacib sayır. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, Britaniya hökuməti başçısının fikrincə, informasiya texnologiyaları kompaniyaları təhlükəli materialların təyin olunması üçün texniki alətləri təkmilləşdirməli və bu barədə hökumətə məlumat verməlidir. “Üzləşdiyimiz təhlükə artır. Belə ki, “İŞİD” qruplaşması İraqda və Suriyada mövqelərini itirir və mübarizə döyüş meydanından internetə keçir”, - deyə Baş nazir qeyd edib. Bir qədər əvvəl informasiya texnologiyaları sənayesinin 4 nəhəngi – “Google”, “Microsoft”, “Twitter” və “Facebook” internet məkanında terrora çağırışlara son qoymaq üçün Britaniya hökuməti ilə səyləri birləşdirməyi vəd edib. Onlar, həmçinin əməkdaşlığın iki əsas hədəfini müəyyənləşdirib: terror kontentinə nəzarət üçün kiçik kompaniyalara dəstək və terror təbliğatı əleyhinə ictimai təşkilatlar vasitəsi ilə “alternativ materiallar yerləşdirmək”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info