OPEK-in qərarı neftin qiymətinə necə təsir edəcək?
Tarix: 26.05.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcək

OPEK-in Vyana razılaşması Liviya, Nigeriya və İrana şamil olunmayacaq. Razılaşmaya əsasən bu ölkələr üçün istisnalar qüvvədə saxlanılıb. “RİA Novosti” xəbər verir ki, bu barədə OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib. İranın neft naziri Bijan Zanqane bildirib ki, növbəti beş ildə İran neft hasilatını 20 faiz artıraraq, gündəlik 5 milyon barelə çatdırmağı planlaşdırır. İranlı nazir bunu yeni yataqların işlənilməsi və istismar edilən obyektlərdə texnologiyaların təkmilləşdirilməsi ilə əlaqələndirib. Aprelin sonunda İranda neft hasilatının həcmi sutkada 3,8 milyon barel təşkil edib.

Aleksandr Novak: >“Çətin ki, yaxın illərdə neftin qiyməti 2014-cü il səviyyəsinə çatsın”

Rusiyanın energetika naziri Aleksandr Novak CNBC televiziyasına müsahibəsində deyib ki, yaxın illərdə neftin qiymətinin 2014-cü il səviyyəsinə çatması çətin ki, mümkün olsun. Qeyd edək ki, neftin qiyməti 2014-cü ildə bir barel üçün təxminən 115 dollar təşkil edirdisə, 2016-cı ildə üç dəfədən çox - 30 dollaradək aşağı düşmüşdü. Hazırda Brent markalı neftin bir barelinin qiyməti 51,36 dollar, WTI nefti isə 48,80 dollar təşkil edir. Ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısınadək olan müddəti əhatə edib. OPEK və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər. Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub. Energetika naziri Natiq Əliyevin sözlərinə görə, iclasda Vyana sazişinin nəticələri təhlil edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşmasi razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub: “Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib. OPEC rəhbərliyi təşilata üzv ölkələr və kartelə daxil olmayan ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilmə səviyyəsini təqdir edib. Bildirilib ki, ən son məlumatlara görə, hasilatın azaldılması ilə bağlı öhdəliklərə OPEC ölkələri 104 %, qeyri-OPEC ölkələri isə 102 % əməl edib. Toplantıda dünya iqtisadiyyatının inkişaf templəri, ilin sonuna kimi gözləntilər, trendlər, neft, neft məhsullarına əks etdirən təqdimatlar edilib. Bu məlumatların təhlili əsasında hasilatın azadılması 9 ay uzadılması ilə bağlı Monitorinq Komitəsinin təklifi irəli sürülüb və yekdiliklə razılışadırılıb”. N.Əliyev bildirib ki, yarımillik müddət qış mövsümünü tam əhatə etmədiyinə və qışda qiymətlər tez-tez dəyişdiyinə görə 24 ölkənin nümayəndələri hasilatın azaldılması üzrə sazişin müddətinin 6 ay əvəzinə 9 ay uzadılmasını məqbul hesab ediblər. Dünya enerji bazarında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşəbbüslərə qoşulan ilk ölkələrdən biri kimi Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasına dəstəyini ifadə edib. N.Əliyev bildirib ki, Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi gözlənilir: ”Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Azərbaycan bu sazişin gələn ilin sonuna kimi davam etdirilməsində də heç bir problem görmür”.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info