“Dünyadakı vəziyyət nəzarətdən çıxa bilər”
Tarix: 26.05.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Donald Tusk: “Qlobal qaydaların qorunmasına nail olmalı və birliyi saxlamalıyıq”
İtaliyanın Taormina şəhərində keçirilən “Böyük yeddilik” sammiti son illərin ən çətin sammitlərindən biri kimi yadda qalacaq. Bu barədə açıqlama verən Avropa Şurasının sədri Donald Tusk qeyd edib ki, tədbirdə qoyulan məsələlərə iştirakçı ölkə liderlərinin fərqli yanaşmaları var. Xatırladaq ki, sammit İtaliyanın Taormina şəhərində ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya liderlərini yenidən bir araya gətirib. “Biz sammitdə ən ciddi beynəlxalq problemləri müzakirə etməyi məqsəd kimi qarşıya qoymuşuq. Şübhəsiz ki, bu, son illərin ən gərgin və çətin sammitlərindən biri kimi tarixə düşə bilər. Heç də gizli deyil ki, bu gün dünya liderlərinin əksəriyyəti iqlim dəyişikliyi, ticarət və s. kimi məsələlərə müxtəlif aspektlərdən yanaşırlar. Buna baxmayaraq, bizim başlıca məqsədimiz “yeddiliyin” bütün istiqamətlərdəki birliyini təmin etməyə çalışmaq və buna nail olmaqdır”. Siyasətçi bildirib ki, sammitin ən mühüm yekunu qlobal qaydaların qorunmasına nail olmaq və bu birliyi qoruyub saxlamaqdan ibarət olacaq: “Biz hər gün sülh və təhlükəsizliyi təhdid edən strateji problemlərlə qarşılaşırıq. Bu gün dünya çətin günlərini yaşayır. Suriyada atəş səsləri səngimir, Şimali Koreyanın nüvə sınaqları, Cənubi Çin dənizindəki hərbiləşmə bu gün də davam edir. Əgər, bizim qrup qətiyyət və birliyini itirərsə, dünyadakı vəziyyət nəzarətdən çıxa bilər”. Qeyd edək ki, bir müddət əvvəl Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Qeri Kon “Böyük yeddiliy”in görüşündə əsas mövzu kimi Rusiya mövzusunun olacağını bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info