“Commerzbank”la kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndiriləcək
Tarix: 24.04.2013 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana ilk dəfə 5 il bundan əvvəl səfər etdiyini xatırlayan Martin Blessinq ötən dövr ərzində ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu qeyd edib. O, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini vurğulayıb.
Dövlət başçısı “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinqin ölkəmizə səfərinin əməkdaşlığın inkişafı ilə bağlı görülən işlərin və bu əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını deyib. Azərbaycanda son illər sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident ölkəmizdə iqtisadi, sosial, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini vurğulayıb. Görüşdə “Commerzbank AG” bankı ilə ölkəmiz arasında qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatının müasir texnika ilə təmin olunması və məhsuldarlığın artırılması üzrə məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info