Milyonlarla iş yeri, milyardlarla dollar qazancı olan sektor
Tarix: 27.05.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Dünya turizmində rəqabətin getdikcə artması iqtisadi gəlirlərdə də özünü göstərir. Bu sektorda baş verən inkişaf nəticəsində bir sıra ölkələr turizm ölkəsi kimi tanınır və gəlirlərinin əsas hissəsini bu sahə təşkil edir.

Dünya turizmi 7,6 trilyon qazanıb
Dünya İqtisadi Forumunun (WEF) Səyahət və Turizm Rəqabət Hesabatına görə, dünya turizmi ötən il 7,6 trilyon qazanıb. Turizm sektoru keçən il bu gəlir ilə qlobal iqtisadiyyatın 10,2 faizini təşkil edib. Bu sektor 292 milyon insanın məşğulluğunu təmin edir ki, həmin rəqəm dünyada çalışan hər 10 adamdan birinin turizmdə olduğunu göstərir. Beynəlxalq aləmdə səyahət edən insanların sayı isə əvvəlki ilə görə 46 milyon artaraq 1,2 milyarda çatıb. Hesabata görə, 1980-ci ildən bu yana təyyarə ilə səyahət edənlərin sayı hər 15 ildən bir, ikiyə yüksəlir, keçən il 4 milyard adam təyyarə ilə səyahət edib. Bu rəqəmin 2035-ci ildə 7,2 milyarda çatması gözlənilir.
Finlandiyanın isə hazırda təhlükəsizlik baxımından ən etibarlı ölkə olduğu göstərilir. Hesabatın nəticələrinə görə, Peru, İsrail, Madaqaskar, Tanzaniya, Qabon, Albaniya və Mərakeş daha etibarlı ölkələr olaraq siyahıda üst sıralarda yer alıb. Türkiyə 139 ölkə arasında turizm təhlükəsizliyi sahəsində 116-cı yerdə qərarlaşıb.
Bu il Rusiya və Malta kimi ölkələr müvəffəqiyyət sırasında Türkiyəni geridə qoyub. Türkiyənin ən əhəmiyyətli rəqibləri olan İspaniya, Fransa və Almaniya isə ilk üç sırada yer alıb. Türkiyə 2015-2016-cı illəri əhatə edən dövrdəki performansı ilə dünyanın ən böyük 44-cü turizm ölkəsi olub. Bundan başqa, hesabatda, Türkiyə 139 ölkə arasında turizmə investisiya yatırmaq üçün ən uyğun 63-cü ölkə olaraq göstərilir. Araşdırmalarda Türkiyənin turizm sahəsindəki ən güclü istiqamətinin hava yolu infrastrukturu olduğu qeyd edilir. Hava limanlarının əhatəsini son illərdə inkişaf etdirən Türkiyə, dünyada havaçılıq şərtlərinin ən uyğun olduğu 14-cü ölkə seçilib.

Avropalının seçimini qiymət müəyyənləşdirir
Avropalıların 65 faizi xarici ölkəyə tətilə gedir. Avropanın tətilini xaricdə keçirmək istəyənlər arasında ilk sırada yer alan alman, ingilis və fransızların 86 faizi gedəcəkləri ölkə seçimlərində qiymətə üstünlük verirlər. “Northstar Research Partners” adlı qurum Almaniya, İngiltərə və Fransada fərqli yaş qruplarındakı tətil edənlər arasında bir araşdırma aparıb. Araşdırmaya görə, avropalılar tətil və iş səyahəti olaraq ildə ortalama 3-7 dəfə səyahətə çıxır. Almanların 72 faizi xarici ölkəyə gedir. Səyahətə çıxanların 60 faizi hava yolundan istifadə edir.
Avropanın 7 ölkəsində 16-26 yaş arasındakı gənclər arasında aparılan digər bir araşdırma gənclərin səyahətə baxışları ilə bağlı əhəmiyyətli faktlar aşkara çıxarıb. Fransa, Almaniya, İngiltərə, Yunanıstan, Polşa, İtaliya və İspaniyada 16-26 yaş arasındakı ümumilikdə 6 min gənc arasında keçirilən sorğuya görə, gənclərin böyük hissəsi üçün səyahət etmək ənənə, siyasət və dindən daha böyük əhəmiyyət daşıyır. Anketə cavab verən gənclərin 48 faizi fərqli ölkələrə səyahət etməyi və müxtəlif mədəniyyətləri tanımağa son dərəcə əhəmiyyət verdiklərini ifadə ediblər.
Araşdırmaya görə, səyahət - ailə (80 %), dostlar ( 70 %), əyləncə, müvəffəqiyyət və puldan sonra gələn ən əhəmiyyətli tələblər arasında yer alır.
Nəticələrə görə alman, fransız, polşalı və ingilis gənclərə nisbətən, xüsusilə ispan, italyan və yunan gənclərin daha çox səyahət etmə meyli olduqları diqqət çəkir.
Avropanın səyahət çempionu olan Almaniya gənclərinin (16-26 yaş arası) 93 faizinin mütləq xarici səyahətə çıxmış olması isə araşdırmanın ortaya qoyduğu bir digər maraqlı nəticədir.

Rus turistlər 50, çinli turistlər isə 255 milyard dollar xərcləyəcək
2025-ci ildə xaricdə ən çox vəsait xərcləyəcək ölkələr arasında ilk sırada Çin yer alacaq. Belə ki, çinli turist 2025-ci ildə 255 milyard dollar xərcləyəcəklər. İkinci və üçüncü sırada isə ABŞ və Almaniya yer alır. Qeyd edək ki, 2015-ci ildə çinli turistlər xarici turizmdə 137 milyard dollar xərcləyiblər. Çinliləri 101 milyard dollarla amerikalılar, 74 milyard dollarla almanlar, 61 milyard dollarla ingilislər, 23 milyard dollarla ruslar təqib edib. 10 il sonra amerikalıların 134 milyard dollar, almanların 98 milyard, ingilislərin 97 milyard, rusların isə 49 milyard dollar xərcləyəcəyi gözlənilir. Gələcək on ildə xarici səyahətlərdə ən çox vəsait xərcləyəcək digər 5 ölkə arasında Honq Konq, Sinqapur, Fransa, Braziliya, Cənubi Koreya yer alır. Gələcək 10 ildə rus turistlərin xərcləri 50 milyard dollara çatacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info