“Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı konfrans keçirilib
Tarix: 26.05.2017 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


26 may 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Türkiyyə Universitetləri Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı konfrans keçirilib.
Konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Türkiyyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin tələbə və şagirdləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərlə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyündüyünü söyləyiblər. Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskanıdır. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Natiqlər qeyd etdilər ki, şəhidlərimiz qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.
Daha sonra layihə rəhbəri “Türkiyyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bu layihə haqqında ətraflı məlumat verib və azadlığımız, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızın şücaətlərinin unudulmaması və gələcək nəsillərə ötürülməsi istiqamətində təkliflərini irəli sürüb.
Tədbir konfransda iştirak edən yeniyetmə və gənclərin sualları ilə müzakirəli şəkildə davam edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info