“Dövlət qurumlarının reyestr bazaları Komitənin bazasına inteqrasiya olunmalıdır”
Tarix: 30.05.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Bakıda "Yüksək səviyyəli statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair" sub-regional seminar başlayıb.
 
Seminarda BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu, MDB Dövlətlərarası Statistika Komitəsi, İslam Əməkdaşlıq Təşkilatı, İslam Ölkələrinin Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi, Almaniya, Belarus, Bolqarıstan. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri iştirak edir. 
 
Seminar 2 gün davam edəcək. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional  və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtlı-vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir. O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyur: “Dövlət qurumlarının reyestr bazaları Dövlət Statistika Komitəsinin reyestr bazasına inteqrasiya olunmalıdır. Bunun üçün beynəlxalq qurumlarının dəstəyinə böyük ehtiyac var”.
 
Baş nazirin müavini Əli Əhmədov seminarın qarşıya qoyduğu məqsədlərə nail olacağına inandığını söyləyib: "İnanıram ki. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün uğurlu konsepsiya ortaya qoyacaqsınız". 
 
Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, 2030-cu ilə qədər yoxsulluğa son qoymaq üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 17 məqsəd müəyyənləşdirilib: "Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi üçün vahid siyasət həyata keçirilir. Statistik məlumatların toplanması həyata keçirilən siyasətin daha da təkmilləşməsinə gətirib çıxarıb. Rəsmi statistikada xüsusən qızların erkən nikaha daxil olması, zorakılıq, küçə uşaqları və digər istiqamətlər üzrə həyata keçirilib. Bu tədqiqatlar bizə ölkə üzrə real vəziyyəti qiymətləndirməyə imkan verir”.
 
BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İshakzai Dayanıqlı İnkişaf Məqsədlərinə heç kəsin kənarda qalmamalı olduğunu vurğulayıb: "Bunun üçün rəsmi statistikanın önəmi böyükdür. İnanıram ki, Azərbaycanda bu sahələrdə görülən işlər barədə məlumatlar, statistika UNİCEF vasitəsi ilə BMT-yə çatdırılacaq. Azərbaycan könüllü olaraq Dayanıqlı İnkişaf Məqsədləri üzrə hesabatı iyulda Nyu-Yorkda təqdim etmək təşəbbüsü ilə çıxış edib. BMT qurumlarının bu sahədə Azərbaycana dəstək verməsi vacibdir. BMT bu yaxınlarda qəbul edilmiş yol xəritələri üzrə də Azərbaycana dəstək vermək niyyətindədir".
 
Tədbir çıxışlarla davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info