ADNSU-da II Məzun-Karyera sərgisi keçirilib
Tarix: 30.05.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət ADNSU-nun tələbə və məzunlarına ümumilikdə 239 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə “SOCAR”, “Azərsu ASC”, “BP”, “Schneider Electric”, “Schlumberger” və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-ə yaxın tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgini ziyarət edərək şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət edib. Sərgi saat 10:00-dan 14:00-dək iştirakçılara açıq olub.
Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı sərgidə iştirak edən şirkətlərin rəhbər və nümayəndələri ilə görüşüb. Rektor ADNSU-da artıq ənənə halını alan karyera sərgisinin bu dəfə də uğurla keçdiyini bildirib. Sərginin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyən professor M.Babanlı Məzun-Karyera Sərgisinin hər il təşkil olunacağını deyib. Rektor M.Babanlı universitet və şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki tərəfin inkişafı üçün əsas faktor hesab etdiyini deyib.
“Ötən sərgi ilə müqayisədə bu dəfəki statistik göstəricilər məni daha çox sevindirir. Cəmi ikinci dəfə təşkil olunmasına baxmayaraq artıq irəliləyişlər özünü göstərir. Universitet kimi biz hər zaman tələbələrin müəssisələrdə təcrübə keçməsinə çox önəm vermişik. Biz istəyirik ki, müəssisənin ehtiyac duyduğu kadrlar hazırlayaq. ADNSU-da tədris olunan ixtisaslar sırf praktiki yönümlü olduğundan biz müəssisələrlə birlikdə işləməyi hər zaman prioritet hesab etmişik. Çünkü biz yalnız birlikdə işləsək inkişaf edə bilərik” – deyə rektor, professor M.Babanlı bildirib.
Universitetdə həyata keçirilən islahatların nəticəsi olaraq əldə olunan nailiyyətlərdən, gündəlik təcrübə proqramından və gələcək planlardan danışan rektor M.Babanlı elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək beynəlxalq standartlara cavab verən universitet olmağı ADNSU-nun qarşıya qoyduğu ən vacib vəzifə olduğunu diqqətə çatdırıb.
Daha sonra şirkət rəhbərləri və nümayəndələrlə müzakirələr aparılıb. ADNSU-nun təşkil etdiyi karyera sərgisini yüksək qiymətləndirən şirkət nümayəndələri universitet-müəssisə əməkdaşlığınınmüasir günümüzdə nə qədər önəm daşıdığını bir daha diqqətə çatdırıblar. Tədbirdə həmçinin kadr çatışmazlığı, tələbələrin problemləri və digər mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info