80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb
Tarix: 30.05.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


ƏƏSM-nin xətti ilə mayda bu təbəqədən olan 280 nəfər şəxs istirahətə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına istirahətə göndərilib.
Yola salınan əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qrupların sosial reabilitasiyasına və bütün sahələrdə cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına yönələn proqramların uğurla davam etdirilməsindən məmnunluqlarını ifadə ediblər. Onlar etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqlarına, eyni zamanda yaz-yay mövsümündə təbiətin səfalı guşələrində dincəlmələri üçün şərait yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qeyd olunub ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 1000 nəfərdən çox əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahətinin təşkili proqramı bu il daha çox, yəni 1100 nəfərdən çox vətəndaşı əhatə edəcək. Onlardan artıq 280 nəfəri xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb və mövsüm boyu bu işlər davam etdiriləcək.
“2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası, onların reabilitasiya potensiallarının reallaşdırılması, sosial xidmətlərlə təminatı, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. əksini tapıb. Qeyd olunan istiqamətlərdə də müvafiq işlər aparılır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info