“Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib”
Tarix: 30.05.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


"Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib. Beynəlxalq aləmdə kimin buna necə qiymət verməsindən asılı olmayaraq, biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik".
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Xəzər" televiziyasına müsahibəsində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan azad internet məkanına daxil olan dövlətdir: "Avropanın ən inkişaf etmiş dövlətlərindəki informasiya, siyasi və vətəndaş cəmiyyəti mühitini Azərbaycandakı mühitlə müqayisə edin, onda bütün məsələlər aydın görünəcək. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi kiminsə icazəsini almadan, müvafiq qanunvericiliyə uyğun təsis olunub, fəaliyyət göstərirlər. Azərbaycan kosmik dövlətlər sırasına qatılaraq, iki süni peykini buraxıb. Azərbaycanın informasiya texnologiyaları nəinki bölgənin, post-sovet məkanın, dünyanın ən yaxşı nümunələrindən birini yarada bilib". 
Ə.Həsənov vurğulayıb ki, hökumət vətəndaş cəmiyyətinin, əhalinin bütün təşəbbüslərini dəstəkləyir: "Bu sahədə geniş meydan açılıb, üç mindən artıq qeyri-hökumət təşkilatı həm də dövlətin yardımı ilə fəaliyyət göstərir. Dövlət qeyri-hökumət təşkilatlarına özünün tərəfdaşı kimi baxır, demokratik cəmiyyət quruculuğu prosesi onlarla birlikdə həyata keçirilir. Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Bu partiyaların hər biri hakimiyyət uğrunda sivil mübarizədə iştirak etmək imkanlarına malikdirlər. Bütün bunların fonunda "Azərbaycanda demokratiya boğulur", "Azərbaycanda insan hüquqları sahəsində problemlər var" tipli fikirlər söyləmək fiksiyadır. Bu, Azərbaycana təzyiq göstərmək üçün əlavə bir vasitədir, bunun başqa əsası yoxdur. Azərbaycan öz yolu ilə gedir, bu yol Azərbaycan xalqının maraqlarına cavab verir, xalq da yürüdülən siyasəti dəstəkləyir. Bizim üçün də əsas təməl prinsipi budur".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info