Çexiya təşkilatı Sülh Platformasına qoşulub
Tarix: 30.05.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Çexiyanın “Asociace Pro Modernizace” təşkilatının sədri Aleksey Franskeviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
 
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
 
“İnsanlar müharibədən yorulub. Artıq 25 il davam Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistan və Azərbaycan respublikalarının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövcud münaqişəni beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. 30 il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə  iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqların sülh və qardaşlıq içində birgə yaşamasına, və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə etmək istəyirəm. Bu səbəbdən, mən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan-Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə ,sədri olduğum təşkilat adından, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumuzu bəyan edirəm”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info