Beş ayda 25000 Azərbaycan vətəndaşı Dubay Əmirliyinə səfər edib
Tarix: 30.05.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Dubay Polis baş komandanı, general-mayor Abdulla Xəlifə Əl Mərri ilə görüş keçirib.
Konsulluqdan verilən məlumata görə, görüş zamanı baş konsul qəbul üçün minnətdarlığını bildirərək, Polis Baş komandanını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edib. P.İsmayılzadə Azərbaycan Respublikası və BƏƏ arasında tarixi, dini və mədəni köklərə dayanan əlaqələrin yüksək səviyyədə olduğunu bəyan edərək, Dubay Əmirliyi ilə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini xüsusi qeyd edib.
 
Öz növbəsində A. Əl-Mərri Azərbaycanın çiçəklənməyə davam etdiyindən və proqressiv iqtisadi siyasətdən xəbərdar olduğunu vurğulayıb, eyni zamanda ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
 
BƏƏ-nin azərbaycanlıların turizm və işgüzar məqsədlərlə ən çox səfər etdikləri ölkələrdən biri olduğunu qeyd edən baş konsul həmyerlilərimizin əsasən Dubayda kütləvi şəkildə yaşadıqlarını nəzərə çatdırıb, burada yaşayan yerli və əcnəbi vətəndaşların, o cümlədən azərbaycanlıların hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dubay Polis Baş Komandanlığının səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
 
Polis Baş komandanı 2017-ci ilin ilk beş ayı ərzində 25000 Azərbaycan vətəndaşının Dubay Əmirliyinə səfər etməsinin, özlüyündə Dubay şəhərinin Azərbaycanlılar üçün sevimli turizm zonası olduğunun göstəricisi kimi qəbul etdiyini qeyd edib.
 
P.İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Məktumun Azərbaycana etdiyi rəsmi səfərin, Azərbaycan Prezidenti İlham Əliyevin onun ilə keçirdiyi səmərəli görüşlərin artıq öz müsbət nəticələrini verdiyini vurğulayıb. Belə ki, Baş konsul BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq edilməsinin ikitərəfli münasibətlərdə xüsusilə turizm sferasında sıçrayışa gətirib çıxardığını bildirib.
 
Daha sonra Baş konsul hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulayaraq, Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Dubay Polis Baş komandanını münasib bir vaxtda Azərbaycan Respublikasına səfərə dair dəvət məktub ünvanlandığını qeyd edib.
 
Dubay Polis Baş komandanı dəvət üçün minnətdarlığını bildirərək, Ramazan bayramından sonra iş qrafikini və digər vacib amilləri bir daha nəzərdən keçirərək, Baş konsula rəsmi səfərin mümkünlüyü barədə rəsmi cavab məktubu ünvanlayacaqlarını vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info