ADNSU-nun rektoru İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Tarix: 30.05.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı mayın 30-da İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Husnan Bəy Fananie ilə görüşüb.
Rektor Mustafa Babanlı səfirə ADNSU, İndoneziya ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələr, universitetdəki tədris prosesi və tələbələr haqqında ətraflı məlumat verib. Ötən əsrin 60-cı illərində universitetdə İndoneziyadan olan tələbələrin çoxluq təşkil etdiyini qeyd edən rektor hazırda ADNSU-da təhsil alan əcnəbi tələbələr arasında İndoneziyadan olan gənclərin olmadığını bildirib. Keçmiş Azİİ-nin 49 nəfər indoneziyalı məzunu olduğunu qeyd edən rektor hazırda universitetin daha çox əcnəbi tələbə qəbul etmək üçün kifayət qədər potensiala malik olduğunu vurğulayıb.
“Hazırda ADNSU-da 22 ölkədən 500-dək əcnəbi tələbə təhsil alır. Universitetimizin 3 səviyyədə, bakalavr, magistratura və doktorantura pillələrində təhsil vermək imkanı var. Çox istərdim ki indoneziyalı gənclərin ADNSU-ya marağını yenidən artıraq”, - deyə rektor, professor M.Babanlı bildirib. O eyni zamanda ADNSU-ya tələbə cəlb etməklə yanaşı həm də qarşı tərəfin təcrübəsinin öyrənilməsində, İndoneziya ali məktəbləri ilə əlaqələrin qurulmasında da maraqlı olduğunu qeyd edib. Rektor M.Babanlı İndoneziyanın ali məktəbləri ilə həm Startap layihələrində həm də tələbə mübadiləsində əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Səfir Husnan Bəy Fananie müsəlman ölkəsi kimi İndoneziyanın Azərbaycanla əlaqələrinə hər zaman yüksək qiymət verdiyini və ölkəmizdən ən çox neft alan ölkə olduğunu bildirib. İndoneziyanın tarixi və sənaye sahələri, eləcə də ali təhsil ocaqları haqqında geniş məlumat verən səfir cənab H.Fananie hazırda İndoneziyada 7000 universitet olduğunu diqqətə çatdırıb.
“Biz Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə hər zaman yüksək önəm vermişik. Bu gün də müxtəlif sahələrdə əlaqələrimizin inkişafına xidmət edən işlər görmək üçün çalışırıq. Sizin universitet haqqında çox eşitmişəm. Düşünürəm ki, bu sahə ölkələrimiz üçün olduqca vacibdir. Buna görə də təhsil sahəsində hər cür əməkdaşlığa açığıq. Sentyabrda İndoneziya mədəniyyəti günləri çərçivəsində yeni layihələr düşünürük və bu layihələrdə ADNSU ilə də əməkdaşlıq etməyi çox istərdik”, - deyə səfir bildirib.
İndoneziya Respublikasının səfiri Husnan Bəy Fananie hər il 7 nəfər azərbaycanlı gəncin tələbə mübadiləsi çərçivəsində təhsil almaq üçün İndoneziyaya göndərildiyini də diqqətə çatdırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info