Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında ümumiləşmiş əsər nəşr olunacaq
Tarix: 30.05.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının dəvəti ilə bu ölkədə səfərdə olub, bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparıb.
Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Lajoş Veskaşla keçirilmiş görüşdə yeni mərhələdə Azərbaycan-Macarıstan elmi əlaqələrini sistemli şəkildə inkişaf etdirmək məsələlərindən bəhs edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından ölkələrin Elmlər Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin hazırlanması və müzakirəyə çıxarılması təklifi irəli sürülüb. Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar öz mövqeyini və təkliflərini diqqətə çatdırıb. Macarıstan EA-nın vitse-prezidenti Lajoş Veskaş ölkəsinin də Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, təklifi məmnunluqla qəbul etdiklərini bəyan edib. Əldə olunmuş razılığa əsasən yaxın dövr ərzində əməkdaşlıq müqaviləsində nəzərdə tutulan müddəalar üzrə tərəflər öz təkliflərini formalaşdırıb qarşılıqlı şəkildə müzakirə edəcək və bunun əsasında elmi əlaqələrin təşkili haqqında müqavilə hazırlanacaq.
Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzində aparılan danışıqlarda ictimai və humanitar elmlər istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, ölkələr arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsi, qarşılıqlı maraq doğuran zəruri elmi və bədii əsərlərin tərcümə edilərək nəşr olunması, kitabların və elmi jurnalların mübadiləsi ilə bağlı ilkin razılaşmalar əldə olunub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli macar yazıçı-dramaturqu İmre Madaçın “İnsanın faciəsi” mənzum dramatik poemasının Azərbaycan dilində nəşrini Macarıstan tərəfə təqdim edib. Macarıstan EA Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, akademik Fodor Pal macar ədəbiyyatının klassiki İmre Madaçın dünya şöhrəti qazanmış əsərinin Azərbaycan dilinə tərcümə olunmasına və kitaba yazılmış müqəddimədə Azərbaycan-macar ədəbi əlaqələrinin geniş elmi mənzərələrinin yaradılmasına görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında yazılmış ümumiləşmiş bir əsərin hər iki dilə tərcümə edilib nəşr olunması qərara alınıb.
Macarıstan EA Ədəbiyyat İnstitutunda keçirilmiş görüşdə Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqələrin perspektivləri müzakirə olunub. İnstitutun direktoru, professor Qabor Keçskemeti macar ədəbiyyatında Azərbaycan mövzusuna dair maraqlı faktları diqqətə çatdırıb. Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında ümumiləşmiş kitabların tərcümə edilməsi və nəşr olunmasına dair konkret razılıq əldə olunub.
Macarıstan EÖTVOS Lorand Universitetinin Türkologiya Mərkəzində keçirilən görüşdə dilçilik istiqamətində qarşıda duran vəzifələrdən söz açılıb, kitab mübadiləsi aparılıb.
Vaxtilə akademik Georq Hazainin qurucu rektoru olduğu Andras Universitetində görkəmli alim və böyük ictimai xadimin xatirəsinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. Dünyanın bir çox ölkələrindən gəlmiş elm adamlarının iştirak etdiyi beynəlxalq elmi konfransı Andras Universitetinin rektoru, professor Dietmar Meyer açıb. Macarıstan EA-nın həqiqi üzvü Miklos Marothi böyük macar alimi, akademik Georq Hazai haqqında elmi məruzə ilə çıxış edib. Beynəlxalq elmi konfransda Berlin Universitetinin professoru Barbara Kellnev-Heinkele, İstanbul Şəhər Universitetindən professor Xədicə Aynur, Macarıstan EA-nın müxbir üzvü İstvan Vasari, Macarıstan EA Humanitar Elmlər Mərkəzinin direktoru, professor Pal Fodor, Budapeşt Elte Universitetindən professor Yanoş Hovari, Budapeşt Avropa Universitetinin professoru Günhan Börekçinin məruzələrində şərqşünaslıq və türkologiya elmlərinin aktual məsələlərindən bəhs olunub, həmin istiqamətlər üzrə akademik Georq Hazainin rolu və xidmətləri ehtiramla yad edilib.
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Açar böyük türkoloq alim Georq Hazainin Türkiyə elmi ictimaiyyəti ilə geniş əlaqələrindən söz açıb, Macarıstanla əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli macar alimi Georq Hazaini Azərbaycan xalqının böyük dostu kimi səciyyələndirib, onun ölkəmizə səfərlərindən, elm adamları ilə əlaqələrindən bəhs edib. Qeyd olunub ki, akademik Georq Hazainin 2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində iştirakı və çıxışı, ədəbiyyatçı və dilçi alimlərlə görüşləri AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Naxçıvan Dövlət Universitetinə hədiyyə etdiyi 2000-dən çox kitablar Azərbaycan-Macarıstan elmi əlaqələrinin qiymətli səhifələrini təşkil edir. Vurğulanıb ki, Azərbaycan alimlərinin akademik Georq Hazai ilə başlanan elmi əlaqələri bundan sonra Macarıstan Elmlər Akademiyası ilə əlaqələr miqyasında genişləndiriləcək və davam etdiriləcək.
Macarıstan Elmlər Akademiyasında, Humanitar Tədqiqatlar Mərkəzində, EÖTVOS Lorand Universitetində keçirilən görüşlərdə, Andras Universitetində təşkil olunmuş konfransda Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev iştirak edib.
Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yenicə nəşr etdiyi “Macar türkilogiyası, Georq Hazai və Azərbaycan” kitabını və xatirə hədiyyələrini beynəlxalq elmi konfransın təşkilatçısı olan Andras Universitetinin rəhbərliyinə təqdim edib.
Azərbaycan nümayəndə heyəti Georq Hazainin uzun illər yaşadığı evdə onun zəngin kitabxanası əsasında yaradılmış mənzil-kitabxananın açılışı mərasimində də iştirak edib, yeni kitabxanaya Akademiyada nəşr edilmiş kitablar bağışlanıb.
Akademik Georq Hazainin uzun illər yaşadığı evdə xatirə barelyefinin açılışı mərasimində də Azərbaycan heyəti iştirak edib. Xatirə lövhəsinin önünə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi və Azərbaycan Milli Elmlər Aklademiyası adından əklillər qoyulub.

Macarıstanın peşə təhsili ilə tanışlıq

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Budapeşt Maşın ustaları peşə liseyində görüş keçirib, bu təhsil müəssisəsinin işi ilə yaxından tanış olub. Peşə liseyində keçirilmiş görüşdə Macarıstan Respublikası təhsil nazirinin müavini Polskşi Qaborke ölkədə peşə təhsilinin strukturu və şəbəkəsi, iş qaydaları haqqında məlumat verib. Budapeşt Peşə Məktəbləri Mərkəzinin direktoru Ksereksnyes Piter Macarıstanda peşə təhsilinin təşkilində mərkəzlərini fəaliyyətindən danışıb. Təhsil Nazirliyinin peşə təhsili üzrə inspektoru Horvat Bela peşə məktəblərinə qəbul qaydalarına aydınlıq gətirib.
Akademik İsa Həbibbəyli Macarıstanda peşə təhsili üzrə qanunvericilik sənədləri ilə maraqlanıb, peşə məktəbləri üzrə onu maraqlandıran məsələlər ətrafında diskussiyada iştirak edib.
Sonra Budapeşt Maşın ustaları peşə liseyinin işi ilə tanışlıq olub.
Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info