Şimali Koreya iki həftədə üçüncü raket sınağı keçirib
Tarix: 30.05.2017 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Şimali Koreya son iki həftədə üçüncü dəfə ballistik raket sınağını reallaşdırıb. Bundan əvvəlki sınaqlar mayın 14-də və 21-də həyata keçirilmişdi. “Penxap” agentliyi xəbər verir ki, raket KXDR-in şərq sahillərindəki Vonsan şəhəri rayonundan buraxılıb. Yaponiya və ABŞ rəsmilərinin məlumatına görə, raketin uçuşu altı dəqiqə çəkib və o, 450 kilometr məsafə qət edərək Yaponiyanın xüsusi iqtisadi rayonunda Yapon dənizinə düşüb. Uçuşun hündürlüyü 100 kilometr təşkil edib. Sınağı keçirilən raketin orta mənzilli “Skad” tipli ballistik raket olduğu bildirilir. Cənubi Koreya və Yaponiya hadisəyə dərhal reaksiya veriblər. Yaponiyanın Baş naziri Sindzo Abe ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb və KXDR-ə qarşı ABŞ-la birgə konkret tədbirlər görüləcəyini bildirib. Koreya Respublikasının xarici işlər naziri də öz növbəsində raket buraxılışını pisləyərək onu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması adlandırıb, şimal qonşusuna qarşı “sərt tədbirlər” həyata keçıriləcəyini vəd edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info